6 dövlət xəstəxanası təmir ediləcək – TƏBİB AÇIQLADI

TƏBİB-in tabeliyində fəaliyyət göstərən 6 tibb müəssisəsinin təmir edilməsi planlaşdırılır.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən  (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.  

Məlumatda bildirilib ki  hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən 9 tibb müəssisəsində icra olunan və planlaşdırılan əsaslı, həmçinin cari təmir işlərinin icrası davam etdirilir.

“6 tibb müəssisəsi üzrə isə təmir prosesinin aparılması planlaşdırılır. Eyni zamanda Bakı şəhərində yerləşən 182 tibb müəssisəsinin rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarında (bioloji müdafiə sistemlərinin yaradılması) əsaslı təmir işləri davam etdirilir.

İnnovasiya və Təchizat Mərkəzi tərəfindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, mövcud infrastrukturun normativ-texniki tələblərə uyğunlaşdırılması və səhiyyə obyektlərinin fasiləsiz, təhlükəsiz istismarının təmin edilməsi məqsədilə ölkə üzrə kompleks əsaslı təmir-tikinti tədbirləri icra edilir və mərhələli şəkildə planlaşdırılır.

Həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq 2025-ci ildə Bərdə rayonu ərazisində quraşdırılması nəzərdə tutulmuş modul tipli konteynerlərin (tikinti konstruksiyaları, texniki avadanlıqlar, inventar, logistika, montaj və istismara hazırlıq işləri daxil olmaqla) satın alınması həyata keçirilib”.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR