TƏBİB həkimlərin işdən çıxarılmasına aydınlıq gətirdi

Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqindən sonra dövlət tibb müəssisələrində kadr təminatı və ştat strukturlarının optimallaşdırılması istiqamətində işlər aparılır.

Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hazırda qurumun tabeliyindəki tibb müəssisələrində insan resurslarının vəziyyəti, ştat vahidləri və kadr təminatı ilə bağlı genişmiqyaslı təhlillər həyata keçirilir.

Qeyd olunub ki, beynəlxalq təcrübədə səhiyyə kadrlarının planlaşdırılması yalnız ümumi say göstəricilərinə əsaslanmır. Bu zaman kadrların bölgüsü, tibbi xidmətlərə çıxış imkanları, faktiki iş yükü və səhiyyə xidmətlərinə tələbat əsas meyarlar kimi nəzərə alınır.

TƏBİB-in məlumatına görə, Azərbaycanda tibb işçiləri ilə təminat ümumilikdə qənaətbəxş səviyyədə olsa da, regionlar üzrə paylanmada müəyyən fərqlər mövcuddur.

“Əhalinin hər 1000 nəfərinə 7,81 həkim, tibb bacısı və mama düşür. Bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi hər 1000 nəfərə 4,45 nəfərlik minimum göstəricidən yüksəkdir. Bununla yanaşı, kadr təminatı və ştat strukturları üzrə fərqlər həm regionlar, həm də ayrı-ayrı ərazilər, o cümlədən Bakı və Sumqayıt şəhərləri üzrə müşahidə olunur”, – məlumatda bildirilib.

Qurum vurğulayıb ki, həyata keçirilən optimallaşdırma tədbirləri maliyyələşmənin azaldılmasına deyil, dövlət resurslarının daha səmərəli idarə olunmasına xidmət edir.

“Tədbirlərin məqsədi səhiyyə və icbari tibbi sığorta sisteminə ayrılan vəsaitlərin daha səmərəli istifadəsini təmin etməklə vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır”, – deyə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, optimallaşdırma ilə bağlı bütün qərarlar əmək qanunvericiliyinin tələblərinə uyğun, mərhələli və əsaslandırılmış şəkildə qəbul edilir.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR