Yeni Klinikada Tibbi Tədris-Simulyasiya Mərkəzinin açılışı olub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinikada bp və onun tərəfdaşı olan şirkətlərin maliyyə dəstəyi və "Sağlamlığa Xidmət" İctimai Birliyinin icrası ilə yaradılan Tibbi Tədris-Simulyasiya Mərkəzi istifadəyə verilib.

Mərkəzin yaradılmasında əsas məqsəd tibb işçilərinin, eləcə də tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi, davamlı tibbi təhsil imkanlarının genişləndirilməsi və ölkə üzrə təlimlərə bərabər çıxışın təmin edilməsidir. Müasir beynəlxalq standartlara cavab verən çoxfunksiyalı bu mərkəz manipulyasiya otağı, travma otağı, xəstəyə qulluq otağı və pediatrik təcili yardım otağından ibarətdir. Mərkəz beşinci səviyyə realizm dərəcəsinə malik simulyasiya avadanlıqları və real klinik şəraiti əks etdirən müasir tədris vasitələri ilə təchiz olunub.

Mərkəzin açılış mərasimində TƏBİB-in icraçı direktorunun müavini Bahadur Rzayev, bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Milli Məclisinin deputatları Pərvanə Vəliyeva, Könül Nurullayeva və Sevinc Hüseynova, Yeni Klinikanın direktoru Zəhra Vəzirova, “Sağlamlığa Xidmət” İctimai Birliyinin direktoru Elçin Muxtarlı, digər rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Bahadur Rzayev bildirib ki, mərkəzin yaradılması daha keyfiyyətli tibbi xidmətlər göstərmək üçün resursların inkişafı baxımından mühüm addımdır. Burada tətbiq olunan simulyasiyaəsaslı təlim modeli tibb işçilərinin praktik hazırlığının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsinə imkan yaradacaq və Azərbaycanda tibbi xidmətlər sahəsində insan kapitalının gücləndirilməsinə önəmli töhfə verəcək.

Bəxtiyar Aslanbəyli çıxışında qeyd edib ki, keyfiyyətli tibbi xidmətlərin əsasında hazırlıqlı və bilikli tibb mütəxəssisləri dayanır. Bu layihəyə dəstək verməkdə məqsəd tibb işçilərinin müasir təlim imkanlarına çıxışının genişləndirilməsinə və onların peşəkar bacarıqlarının inkişafına töhfə verməkdir.

Daha sonra çıxış edənlər Tibbi Tədris-Simulyasiya Mərkəzinin tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar Tibbi Tədris-Simulyasiya Mərkəzi ilə tanış olub, mütəxəssislər tərəfindən təqdim edilən təcili tibbi yardım üzrə praktik simulyasiya ssenarisini izləyiblər. Nümayiş zamanı müasir simulyasiya avadanlıqlarının imkanları, müxtəlif klinik vəziyyətlərdə tibbi komandanın fəaliyyəti və qərarvermə prosesi əyani şəkildə təqdim olunub.

Tibbi Tədris-Simulyasiya Mərkəzində təcili tibbi yardım ssenarilərinin praktiki şəkildə tətbiqinə imkan verən müasir simulyasiya avadanlıqları, onlayn təlimlərin idarə olunmasını və videoarxivin formalaşdırılmasını təmin edən rəqəmsal platforma, təlimlərin real vaxt rejimində yayımlanması üçün audio-vizual infrastruktur, həmçinin tam təchiz olunmuş təlim otaqları yaradılıb. Layihə çərçivəsində yaradılan virtual platforma isə regionlarda çalışan tibb işçilərinə və tələbələrə canlı yayımları izləmək, videoarxivdən və digər tədris materiallarından məsafədən istifadə etmək imkanı yaradacaq.

Qeyd edək ki, layihə 2026-cı il yanvarın 17-də qüvvəyə minmiş qrant yardım müqaviləsinə əsasən bp və onun tərəfdaşı olan şirkətlərin maliyyə dəstəyi ilə "Sağlamlığa Xidmət" İctimai Birliyi tərəfindən həyata keçirilir. Mərkəz ilkin mərhələdə təcili tibbi yardım modulunu əhatə edir. Gələcəkdə reanimasiya və intensiv terapiya, neonatologiya və doğuş üzrə daha üç modulun yaradılması planlaşdırılır.

      

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR