Bakıda 1-ci Beynəlxalq Səhiyyə Menecmenti Konqresi keçirilib

3–4 iyul tarixlərində Azərbaycanda ilk dəfə keçirilən I Beynəlxalq Türkdilli Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresi – “IHMC Baku 2026” təşkil olunub.

Tədbir haqqında məlumat verən Yeni Klinikanın direktor müavini Ravil Tağıyev bildirib ki, Konqresdə ABŞ, Türkiyə, Rusiya, Almaniya, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və digər ölkələr də daxil olmaqla ümumilikdə 10 ölkədən səhiyyə menecmenti üzrə tanınmış mütəxəssislər iştirak edir. Xarici məruzəçilər səhiyyə idarəçiliyi sahəsində beynəlxalq təcrübələrini yerli auditoriya ilə bölüşəcəklər.

Tədbirin beynəlxalq sədri Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Dr. Hakan Dinçyürek, milli həmsədri isə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovdur.

Konqresdə çıxış edəcək məruzəçilər arasında Türkiyədən Prof. Dilaver Tengilimoğlu, ABŞ-dan PhD Kirstin Hvitfeldt Oztürk, Rusiyadan Prof. Andrey Demin, Almaniyadan Lutz Lungwitz, Qazaxıstandan Dr. Saltanat Mamitbekova, Özbəkistandan Vositkhon Khusanov, Birləşmiş Ərəb Əmirliklərindən MD Anass Moutki və Gürcüstandan MD Natalia Kalandarasvili kimi nüfuzlu mütəxəssislər yer alır.

İki gün davam edəcək konqres çərçivəsində ilk gün 5 panel üzrə 20, ikinci gün isə 6 master-klass çərçivəsində 25 mövzu müzakirə olunacaq. Proqramda tibbi idarəetmə, səhiyyədə keyfiyyət göstəriciləri, xəstəxanaların maliyyə idarəçiliyi, təchizat, insan resursları, marketinq, pasiyent və həkim hüquqları, eləcə də müasir səhiyyə idarəçiliyinin digər aktual istiqamətləri əhatə ediləcək.

Konqresdə dövlət və özəl səhiyyə sektorunu təmsil edən 200-dən çox təsisçi, rəhbər şəxs, direktor, baş həkim və inzibati şöbə rəhbərinin iştirakı gözlənilir. Tədbirdə müasir idarəetmə prinsipləri, effektiv liderlik yanaşmaları və səhiyyə sahəsində real təcrübələr müzakirə olunacaq.

Daha sonra Konqres Səhiyyədə təchizat və idarəetmə, Marketinqin səhiyyədəki əhəmiyyəti, tibbi marketinq, tibbi turizm üçün perspektivlər, Səhiyyə sektorunda maliyyə idarəetməsi və icbari tibbi sığorta, Səhiyyədə insan resurslarının idarə olunması siyasəti, Səhiyyənin idarə olunmasında beynəlxalq standartlar mövzularında panel müzakirələri və sual-cavab sessiyaları ilə davam etdirilib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR