Neftçilər Xəstəxanasında yeni autoimmun laboratoriyası istifadəyə verildi

Laboratoriya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, müasir tibbi standartlara uyğunlaşdırılması və diaqnostik imkanların genişləndirilməsi məqsədilə TƏBİB tərəfindən laboratoriyaların yenidən təşkili istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Bu çərçivədə Bakı şəhərində autoimmun laborator müayinələr mərkəzləşdirilmiş və optimallaşdırılmış şəkildə təşkili təmin olunub. 

Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə olaraq autoimmun xəstəliklərin laborator diaqnostikası üzrə ixtisaslaşmış laboratoriya yaradılıb və hazırda tam şəkildə fəaliyyət göstərir.

Layihə çərçivəsində autoimmun xəstəliklərin diaqnostikası üçün nəzərdə tutulan tam avtomatik laboratoriya infrastrukturu qurulub. 

Yeni qurulan laboratoriya beynəlxalq tibbi və laboratoriya standartlarına cavab verən müasir texniki infrastrukturla tam təchiz olunub. Analizlərin aparılması üçün yüksək dəqiqlikli avtomatlaşdırılmış avadanlıqlar olan “Euroimmun Analyzer I”, “EuroBlotOne”, “EuroPattern Microscope Live”, “IF Sprinter”, “Eurostar IV Plus microscope” cihazları quraşdırılaraq istismara verilib.

Layihə çərçivəsində laboratoriyanın dayanıqlı və effektiv fəaliyyətinin təmin edilməsi məqsədilə işçi heyətin bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirilib. Belə ki, laboratoriya əməkdaşları müasir diaqnostik metodlar, avtomatlaşdırılmış sistemlərin istismarı və analiz nəticələrinin düzgün interpretasiyası üzrə peşəkar təlimlərə cəlb olunub.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasında qurulan yeni autoimmun laboratoriya müxtəlif autoimmun xəstəliklərin erkən mərhələdə aşkarlanması, diaqnostik proseslərin sürətləndirilməsi və nəticələrin yüksək dəqiqliklə əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Bu isə həm pasiyentlər üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, həm də həkimlərin klinik qərarvermə prosesində daha etibarlı laborator məlumatlarla təmin olunmasına imkan yaradır.

SON XƏBƏRLƏR

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" nəticələri açıqlandı

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BÜTÜN XƏBƏRLƏR