
Reklam
19 Dekabr 2025, 15:30
230
Yaxın günlərdə Yeni Klinikada robotik cərrahiyyəyə başlanılacaq
“Qlobal cərrahiyyə - 2030” layihəsi ölkəmizdə, xüsusilə regionlarda cərrahi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir”.
Gazette.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə bildirib. O qeyd edib ki, layihə çərçivəsində müasir cərrahi yanaşmaların tətbiqi, yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması əsas prioritetlərdəndir:
“Eyni zamanda layihə səhiyyə sistemində dayanıqlı inkişafı və insan resurslarının peşəkar inkişafını dəstəkləyir.
Yaxın günlərdə Yeni Klinikada robotik cərrahiyyəyə də başlanılacaq. Artıq hazırlıq prosesi tamamlanmaq üzrədir”.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





