“Azərişıq” Şəkinin 2 kəndinin elektrik şəbəkəsini yenidən qurub

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub

Bu barədə qurumdan məlumat verilib.

Bildirilir ki, yenidənqurma nəticəsində 363 abonenti olan Aşağı Göynük kəndində 14 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılıb. 33 km-a yaxın 10 kV-luq, 28 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib.

"Şəkinin Aşağı Daşağıl kəndində də yenilənmə işləri yekunlaşdırılıb. 142 abonenti olan kənd ərazisində 4 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılıb. 11 km-dan çox 10 kV-luq, 9 km-dan artıq 0,4 kV-luq elektrik xətti dəyişdirilib.

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunub. Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndləri ilə yanaşı, rayonun Baş Zəyzid və Şirinbulaq kəndlərində də yenidənqurma işləri başa çatıb. Ümumilikdə 1 800-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik", - “Azərişıq” bildirir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR