Ölkənin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağda su çatışmazlığı aradan qaldırılır

Bu ilin yaz-yay suvarma mövsümünə hazırlıqla bağlı Yuxarı Qarabağ kanalında cari və əsaslı təmir işləri görülür, kanalın təmizlik işlərinə texnikalar cəlb olunub.

Gazette.az xəbər verir ki, bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətindən bildirilib.

Məlumata görə, öz mənbəyini Mingeçevir Su Anbarından öz axını ilə götürən kanal ölkənin 6 rayonunun ərazisindən keçməklə 11 rayona xidmət edir.

Bildirilib ki, kanalın uzunluğu 172,4 km-dir. Kanal üzərində 19 ədəd hidrotexniki qurğu, 32 ədəd körpü, 12 ədəd səviyyə qaldıran qurğu, o cümlədən 45 ədəd paylayıcı qurğu, digər sifon və borulardan ibarət paylayıcı qurğular yerləşir. 2022-ci ilin yaz-yay suvarma mövsümünə hazırlıqla bağlı kanalda cari və əsaslı təmir işləri aparılır. Su itkisinə qarşı mübarizə tədbirləri çərçivəsində kanalın alçaq, ensiz yerlərinə torpaq daşınıb tökülür. Kanalın daxili yamaclığında lildən təmizlənmə işləri görülür. Bütün bu işlər Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi tərəfindən həyata keçirilir.

Qeyd olunub ki, bu il su ehtiyatı əvvəlki illərə nisbətdə daha yaxşıdır. Çünki, Mingeçevir su anbarında suyun səviyyəsi ötən illə müqayisədə 2 metrdən artıq təşkil edir. Önəmli əhəmiyyətə malik olan yuxarı portal baş qurğusundan rayonların suvarma suyu limitə və tələbata uyğun olaraq tam ödənilir. Eyni zamanda Araz çayına saniyədə 25 kubmetr su verilir ki, bu da Araz çayı ətrafında yerləşən Saatlı, Sabirabad, İmişli, Biləsuvar və Cəlilabad rayonlarının ərazilərində su çatışmazlığını aradan qaldırır.

Hazırda mövsümlə əlaqədar olaraq Yuxarı Qarabağ kanalında işlər sürətlə davam edir. Kanalın daxili yamaclığında olan kol-kos daimi olaraq təmizlənir, daxildə olan lil qatı texnikalar vasitəsi ilə kanaldan xaric olunur. Kanalın keçdiyi rayonların ərazilərinə Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin texnikaları cəlb olunub.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR