Ağcabədidə 10 ədəd subartezian quyusu qazılır

Ağcabədi rayonunda bu il 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub.

Bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.

Qeyd edilib ki, Ağcabədi Suvarma Sistemləri İdarəsi rayon ərazisində ümumilikdə 63 000 ha əkin sahəsinə xidmət edir: "Hər il olduğu kimi bu il də idarə tərəfindən meliorativ tədbirlər uğurla davam etdirilir: "Cari ildə 12 000 hektardan artıq pambıq sahəsində, 19 000 hektardan çox taxıl sahəsində və 6 322 ha digər kənd təsərrüfat bitkiləri əkilən sahədə və 25 630 ha yonca sahəsində suvarma işləri aparılıb".

ASC-dən bildirilib ki, İdarənin balansında olan nasoslarla 13 000 ha, öz axımı ilə 23 290 ha, 26 710 ha əkin sahəsi isə artezianlarla suvarılıb.

"Ağcabədi rayonunda bu il 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub ki, artıq bu işlərin də böyük bir hissəsi arxada qalıb. Bununla da əhalinin suvarma və içməli suya olan tələbatı ödənilib. Ağcabədi Suvarma Sistemləri İdarəsinin əsas fəaliyyəti idarənin balansında olan 2 261 km suvarma kanalı, 2 549 km kollektor drenaj şəbəkəsi, 4 445 ədəd hidrotexniki qurğu, 53 ədəd elektrik nasos stansiyası, 1 026 ədəd subartezian quyusu, 8 ədəd SNP markalı səyyar nasoslar, 2 ədəd üzən nasosların istismarı və təmirini təmin etməkdən ibarətdir.

Bundan başqa idarənin balansında olan nasos stansiyalarında da cari təmir işləri aparılıb. Belə ki, Salmanbəyli-9 nasos stansiyasında bir ədəd elektrik mühərriki və Xocavənd-1 nasos stansiyasında bir ədəd elektrik mühərriki təmir olunub. Qeyd edək ki, bu ilin əvvəlindən Ağcabədi Suvarma Sistemləri İdarəsi tərəfindən 470 min m3 suvarma kanalı və 401 min m3 kollektor drenaj şəbəkələri lildən təmizlənib. 103 ədəd subartezian quyuları cari təmir olunub. Görülən işlər nəticəsində su itkisinin qarşısı alınıb, torpaqların münbitliyi artıb”, - məlumatda deyilir .

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR