Bakının Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələri təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakının Nizami rayonunda Məmmədəli Şərifli küçəsinin Şirin Mirzəyev küçəsindən Rizvan Teymurov küçəsinə qədər olan hissəsini əsaslı təmir edir.

Gazette.az Agentliyə istinadən xəbər verir ki, təmir olunan hissəsinin uzunluğu 880, eni ortalama 10 metr təşkil edir.

Aparılan təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatının frezlənməsi, frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi, zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi icra olunur.

Artıq küçənin 280 metrlik hissəsində sadalanan işlər yekunlaşıb, piyada səkiləri bərpa olunaraq 350 kv.m sahəsi asfaltlanıb, 420 p/m yeni səki daşları düzülüb.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması nəzərdə tutulub.

Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Anoloji təmir işləri hazırda Nizami rayonunda Şirin Mirzəyev küçəsində də aparılır.

Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 9 küçə təmir edilir.

Agentlik ötən il Nizami rayonunda ümumi uzunluğu 5,5 km təşkil edən 7 küçəni təmir edib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR