Orxan Məmmədov: “Keyfiyyətli təhsilin yolu yetərli maliyyədən keçir”

“Təhsilin bütün mərhələlərində keyfiyyətin davamlı olaraq yüksəldilməsinə, təhsil müəssisələrində innovativ strukturların yaradılmasına yol maliyyə yetərliliyinin təmin edilməsindən keçir”.

Gazette.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilmiş “Təhsil biznesi: problem və perspektivlər” mövzusunda ictimai müzakirədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, son 30 ilin dünya təcrübəsi göstərir ki, təhsil müəssisələri daha çox maliyyə vəsaitləri əldə etmək üçün alternativ gəlir mənbələrindən istifadə edirlər: “Belə ki, inkişaf etmiş və həmçinin inkişaf etməkdə olan ölkələrin əksəriyyətində yeni maliyyələşdirmə mənbələrinin müəyyən edilməsinə keçən əsrin 80-ci illərindən başlanılmış və nəticədə həmin ölkələrin təhsil müəssisələrinə müvafiq sahibkarlıq fəaliyyətləri ilə məşğul olmaqla əlavə gəlirlər əldə etmək üçün geniş hüquq və səlahiyyətlər verilmişdir. Nəticədə dünyanın bir sıra ölkələrinin təhsil müəssisələri yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi hesabına öz vəsaitlərini əhəmiyyətli dərəcədə artıra bilmişlər. Hazırda bu proses dünyada getdikcə sürətlə inkişaf edir. Onu da qeyd etmək lazımdır ki, əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi təhsilə dövlət maliyyələşdirilməsinin azaldılmasını stimullaşdırmışdıran bir alətdir”.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR