Ağasəlim Mircavadov: "İmarət"i görəndə gözlərim doldu, ağladım"

"Mən Qarabağ torpaqlarını işğaldan sonra yalnız televiziyada görmüşdüm. Biri var ekranda, şəkillərdə baxasan, biri də var canlı görəsən. Şəhərlərimiz, kəndlərimiz bərbad haldadır".

Bunu açıqlamasında AFFA Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov bir neçə gün öncə futbol veteranları ilə Ağdama səfəri barədə danışarkən deyib.

O bildirib ki, şəhərə çatanda əvvəlcə "İmarət" stadionuna daxil olublar: "Oranı görəndə gözlərim doldu, ağladım. Şəhərin ətrafını da gəzdik. Ümumiyyətlə, Ağdamdan əsər-əlamət yoxdur. Hazırda təmir gedən məsciddə olduq. Allahverdi Bağırovun məzarını ziyarət etdik. Orada digər şəhidlərmizin də məzarı var. Onlar üçün dua etdik, məzarlarına gül qoyduq. Oralar da dağıdılmışdı. Yalnız Şahbulaq qalası salamat idi".

75 yaşlı mütəxəssis stadionu hasarından tanıdığını söyləyib: "Çünki çay daşlarından tikilmişdi. Çox da böyük deyildi. Orada tut ağacı var idi. Xan tutu deyirdik. Həmin tutdan çox yemişik. O ağacdan da əsər-əlamət yoxdur. Bizimlə birlikdə orada oynamış ağdamlı veteranlar da getmişdi. Onlar da həddindən artıq məyus oldular. Şəhərin dağıntıya bu qədər məruz qaldığını bilmirdik".

Quruculuq işlərinin sürətlə və çox yaxşı getdiyini deyən Mircavadov bunun sevindirici hal olduğunu əlavə edib: "Ağdamda Müşfiq Hüseynovun evinə getdik. Yerində türk şirkəti pilot layihə kimi yeni ev tikib. Otaqlar bir az balaca olsa da, yaşamaq üçün əladır. Bayıra çıxanda Müşfiqdən evlərinin yerini soruşdum. Dedi ki, elə sizin dayandığınız yer bizim evdir. Əsas odur ki, torpaqlarımızı azad etdik. Prezidentimiz sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ağdamda evlər olmasa da, insanlarda torpaq hissiyyatı həddindən artıq güclüdür".

"Şöhrət" ordenli mütəxəssisin sözlərinə görə, "İmarət" stadionda futbol oynadıyıblar: "Qarışıq hisslər keçirdim. Orada qaldığımız, oynadığımız illər yadıma düşdü. 30 ilə yaxın idi Ağdamı görmürdük. Hamımızda həm kədər, həm də qürur hiss var idi".

 

 

report

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR