İlkin Süleymanov ilk dəfə hər şeyi danışdı: "Mən Nərmini ..."

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanov məhkəmədə sərbəst ifadə verib.

Gazette az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov həbs olunandan sonra qətli boynuna götürmək üçün təzyiqlərə məruz qalmasından danışıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ona məcburi qaydada etiraf ərizəsi yazdırıblar: "Həbs olunduğum ilk günlər idi. Təzyiq altında mənə kağıza "Ata məni bağışla, bir səhvdir etmişəm", sözlərini yazdırdılar. O qədər təzyiq etdilər, sonda dedim ki, nə desəniz, boynuma alacam. Bunun çoxu rəis müavini Şahlar Cəfərovun otağında olub".

Təqsirləndirilən şəxs daha sonra Nərmin itkin düşdüyü vaxtlardan danışıb: "Nərmin itkin düşdüyü gün bacımgilin evində qalmışam. İki gün sonra bacımgildən çıxıb evə gələndə Nərminin əmisi Arifgilin evinin yanında polis maşınları gördüm. Dedilər ki, Şərifin qızı itkin düşüb. Nərmin itkin olan müddətdə kənddə müxtəlif toy və yas mərasimlərində iştirak etmişəm".

İlkin Süleymanov Nərmini ümumiyyətlə, tanımadığını deyib: "Mən Nərmini tanımamışam. Ona kitab-dəftərlər verməyim barədə deyilənlər tamamilə yalandır". Məhkəmə İlkin Süleymanovun ifadəsini yarımçıq saxlayaraq prosesi mayın 11-ə kimi təxirə salıb. Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Apa.az

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR