
Reklam
03 May 2022, 14:54
505
Sabirabadda 6 şəhidin adı küçələrə verilib
Sabirabad şəhərinin 6 mərkəzi küçəsinə şəhidlərin adları verilib.
Adların verilməsində məqsəd onların adlarının əbədiləşdirilməsidir.
Bunlar Aprel döyüşləri şəhidi, Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyev, Vətən müharibəsi şəhidləri Şahlar Cəfərov, Anar Məmmədov, Aqşin Quliyev, Firavan Əsgərov və Fərhad Məlikzadədir.
Qeyd edək ki, sözügedən şəhidlərin hamısı Sabirabad rayonunda anadan olublar.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





