Bakının yeni prokuroru kollektivə təqdim edilib

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş prokurorun müavinlərinin, mərkəzi aparatın idarə, şöbə rəislərinin, həmçinin Bakı şəhər prokurorluğunun rəhbər işçilərinin və tabe rayon prokurorlarının iştirakı ilə şəhər prokuroru vəzifəsinə təyin olunmuş Elşən Abbasovun kollektivə təqdim edilməsi münasibətilə geniş əməliyyat müşavirəsi keçirilib.

Gazette az xəbər verir ki, əməliyyat müşavirəsində çıxış edən Kamran Əliyev ölkə Prezidentinin hərtərəfli düşünülmüş dövlət idarəçiliyi, səriştəli daxili və xarici siyasəti, müvəffəqiyyətlə həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə tərəqqi və inkişafa nail olunduğunu bildirərək, prokurorluq orqanlarının üzərinə qoyulan vəzifələrin də uğurla icra edildiyini qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin göstəriş və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarının yüksək standartlara və müasir tələblərə uyğun sivil təsisat kimi formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələr verməklə, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayətkarlığa qarşı mübarizə, korrupsiya hüquqpozmalarının qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əsaslı dönüş yaradılmış, prokurorluqların fəaliyyətində şəffaflığın, bürokratizmin aradan qaldırılması təmin edilib.

Baş prokuror Kamran Əliyev əldə olunmuş uğurların davamlı xarakter alaraq daha da inkişaf etdirilməsində Bakı şəhərinin prokurorluq orqanlarının xüsusi rol və əhəmiyyətini vurğulayaraq, şəhər prokurorluğunun rəhbərliyində aparılan kadr dəyişikliyinin qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsini, nöqsan və çatışmazlıqların aradan qaldırılmasını təmin edəcəyinə əmin olduğunu bildirib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov prokurorluq orqanlarının inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirərək, rəhbərlik etdiyi kollektivin yüksək etimadı doğruldacağını, qarşıya qoyulan vəzifələrin dönmədən icrasına nail olunması üçün səylə çalışacaqlarını qeyd edib.

Müşavirəyə yekun vuran Baş prokuror Kamran Əliyev Bakı şəhərinin prokurorluq orqanlarının fəaliyyətinin cinayət və cinayət-prosessual qanunvericiliyinin, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun və sair normativ xarakterli hüquqi aktların tələblərinə uyğun surətdə digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə qurulmasına dair konkret tapşırıqlar verib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR