Hesablama Palatası Dünya Bankının aqrar layihəsindəki çatışmazlıqları açıqlayıb

Hesablama Palatası “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi üzrə müəyyən olunmuş hədəflərə nail olunma səviyyəsinin qiymətləndirilməsi mövzusunda keçirilmiş səmərəlilik (performans) auditinin nəticələrini açıqlayıb.

Gazette az Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatına istinadən xəbər verir ki, auditin əhatəsi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin ümumi dəyəri 53,3 milyon ABŞ dolları təşkil edib ki, bunun da 34,5 milyon ABŞ dolları Dünya Bankının krediti, 18,8 milyon ABŞ dolları isə hökumətin payından ibarətdir.

Audit layihənin əvvəlindən (2014-cü il) 2020-ci il 31 dekabr tarixinədək olan dövrü əhatə edib. Əsas şərhlər layihənin məqsədi ölkədə sanitar və fitosanitar xidmətlərin səviyyəsinin yüksəldilməsi, seçilmiş dəyər zəncirlərinin qurulması və aqrobiznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bazarlara çıxışının asanlaşdırılmasından ibarət olub.

Əldə olunmuş nəticələr və əlaqəli sahə üzrə institusional islahatlar nəticəsində layihənin icrasında ləngimələrin baş verməsinə və bu səbəbdən icra müddətinin uzadılmasına gətirib çıxarıb.

Layihə çərçivəsində ölkədə iri və xırda buynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı yeni mübarizə strategiyası həyata keçirilmiş və nəticə etibarı ilə xəstəliyin yayılma faizi ümumi olaraq aşağı ensə də, bəzi rayonlarda (əsasən sərhəd, dağ və mal bazarına yaxın ərazilərdə olan sürülərdə) baytar həkimlərinin məlumatlarına görə heyvanların indentifikasiya olunmaması, sərhəd keçid məntəqələrindən idxal olunan diri heyvanların epizootik durumuna nəzarətin lazımi qaydada olmaması, heyvanların daxili yerdəyişmələrinin nəzarətsiz qalması, kəskin baytar həkim çatışmazlığı, xəstə heyvanların dövriyyədən xaric edilməsi mexanizminin tətbiq edilməməsi kimi səbəblərdən xəstəliyin yayılma faizi artıb.

Belə ki, Azərbaycan hökumətinin iştirak payının nəzərdə tutulduğu həcmlərdə və müvafiq icra qrafikinə uyğun dövlət büdcəsindən ayrılmaması nəticəsində 2020-ci il 31 dekabr tarixinə layihənin müvafiq bank hesabında 11,1 milyon manat məbləğində vəsait qalığı formalaşıb. Qeyd edilməlidir ki, hökumət payı olaraq dövlət büdcəsindən layihənin müvafiq hesabına 10,2 milyon manat məbləğində sonuncu ödəniş 2020-ci il 20 mart tarixində həyata keçirilib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR