Ağdaban sakinləri: "Ermənilər əqli-qüsurlu şəxsin əllərini bağlayıb yandırmışdılar"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ermənilərin 30 il əvvəl Kəlbəcər rayonunun Ağdaban kəndində törətdiyi qətliamla əlaqədar videomaterial və infoqrafika hazırlayıb.

Gazette az xəbər verir ki, videomaterialda Ağdaban sakinləri şahidi olduqları faciə haqqında məlumat verib, ermənilərin qadın, qoca və azyaşlıları belə amansızlıqla qətlə yetirdiyi haqqında danışıb.

İnfoqrafikada isə Ağdaban kəndinin ərazisi, əhalisi və onların əsas məşğulluğu haqqında məlumat verilib. Eyni zamanda, kəndin işğalı nəticəsində törədilən cinayətlərin statistikası və maddi-mədəni irsə vurulan ziyan haqqında informasiya yerləşdirilib.

Qeyd edək ki, 1992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun Ağdaban kəndində faciə törədilib. Dinc əhaliyə qarşı törədilən faciə zamanı 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 – 100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib, 5 nəfər girov götürülüb. 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. 130-dan çox ev tamamilə yandırılıb.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR