Azərbaycanda “Sudan səmərəli istifadənin metodları” layihəsinin icrasına başlanılıb

"Azərsu” ASC Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respubilka Komitəsi və “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin tərəfdaşlığı ilə “Sudan səmərəli istifadənin metodları” layihəsinin icrasına başlanıb.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Layihənin açılış mərasimində qurumun “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun metodisti Pərvanə Xıdırova bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin nəticələrinə görə, “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin “Sudan səmərəli istifadənin metodları” layihəsi qalib seçilib.

Layihənin məqsədi gənclərə sudan səmərəli istifadə metodlarını aşılamaq, onların su barədə elmi biliklərinin artırılmasına töhfə vermək, könüllülərin fəaliyyətinə dəstək göstərmək, eyni zamanda, cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdən ibarətdir. Bu məqsədlə bir sıra ali təhsil müəssisələrinin tələbələri layihəyə cəlb edilib. Layihə çərçivəsində tələbələr üçün su ehtiyatlarinin davamlı idarə olunmasi və səmərəli istifadəsi, tullantı sularının emalı mövzularında təlimlər keçiriləcək.

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Vüqar Mirzəyev, “Azərsu”yun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı və “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin icraçı direktoru Rəşail İsmayılov dünyada aktual olan su problemlərindən danışıb, sudan səmərəli istifadənin zəruriliyini diqqətə çatdırıblar.

Sonra “Azərsu” ASC-nin Coğrafi informasiya sistemləri şöbəsinin rəisi Abbas Abbaszadə “Su təsərrüfatının müasir CİS texnologiyalarla idarə olunması”, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun böyük elmi işçisi Məmməd Hüseynzadə “Su təchizatı və tullantı sularının kənarlaşdırılması sistemləri” mövzusunda təlimlər keçiblər.

Daha sonra su mövzusunda çəkilmiş “25 litr” adlı sənədli film nümayiş etdirilib və filmlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Layihə müddətində tələbələrin “Azərsu” ASC-nin Təlim və İnnovasiyalar Mərkəzi, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, Mərkəzi Laboratoriya, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə ekskursiyaları təşkil olunacaq.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR