
Reklam
15 Mart 2022, 18:18
539
Baş nazir: "Bu günədək Ukraynadan Azərbaycana 9 246 nəfər təxliyə edilib"
“Qonşu ölkələrdə cərayan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan vətəndaşlarımızın təxliyəsi məsələsi diqqət mərkəzindədir”.
Bu fikirləri Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
Onun sözlərinə görə, bununla bağlı təxirəsalınmaz tədbirlər görülür: "Bu gün səhər saatlarına olan məlumata görə, Ukraynada yaşayan 9 246 vətəndaşımız təxliyə edilib. Hazırda proses davam etdirilir".
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





