"Google"da təhrif edilmiş Azərbaycan toponimləri düzəldilib

Azərbaycanın coğrafi adları bəzi onlayn xəritələrdə qəsdən təhrif edilib. Xüsusilə də, Qarabağdakı yer adları ilə bağlı "Google" və "Yandex" kimi şirkətlər belə təhriflərə yol veriblər.

Gazette Az Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

O qeyd edib ki, bu problemin səbəbi texniki xarakter daşıyır: "Onlayn xəritələr çox zaman həmin ərazidə yaşayan, məskunlaşmış insanlar tərəfindən oraya verilən adlar əsasında hazırlanır. 30 ilə yaxın müddət ərzində Azərbaycanın işğal edilmiş torpaqlarında yaşayan ermənilər bu fürsətdən istfadə edərək həmin xəritə sahiblərinə erməni mənşəli adlar barədə məlumatlar göndəriblər.

Torpaqlar işğaldan azad ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan hökuməti bu təhriflərə qarşı fəaliyyət göstərib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəznində Elektron Təhlükəsizlik Xidməti ötən dövr ərzində "Google" və digər şirkətlərə rəsmi məktublar göndərib, son bir il ərzində 15 belə rəsmi məktub göndərilb. O məktubların içərisində təhrif olunmuş və düzgün coğrafi adlar qeyd olunub. Bunun sayəsində 100-dən çox Azərbaycan coğrafi toponim adı düzəldilib. Bu istiqamətdə fəaliyyətimiz davam edir".

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR