Bahar Muradova qadınlara çağırış edib

"Vəkillər Kollegiyası ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında sıx əməkdaşlıq mövcuddur. Məqsədimiz cəmiyyətin və ictimaiyyətin diqqətini qadınların bu sahədə fəaliyyətinin genişlənməsinə yönəltməkdir".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2019-cu ildə Dövlət Komitəsi, Vəkillər Kollegiyası və BMT-nin Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair imzalanan Anlaşma Memorandumununun vaxtı bitib: "Növbəti dönəm üçün məsləhətləşmələr aparılır. İndi növbəti müddət üçün müasir dövrün çağırışlarına və qarşıda duran vəzifələrə görə müəyyən tapşırıqlarımızı, eləcə də gələcək fəaliyyətimizi müəyyənləşdirəcəyik.

Azərbaycanda vəkillərin sayının az olduğu barədə fikirlər var. Bu, həqiqətən də belədir. Aidiyyatı orqanlar bununla bağlı müxtəlif layihə həyata keçirib. Bunun nəticəsində son illər bu problemlər aradan qalxmaqdadır. Amma yenə də bura daha çox qadınların cəlb olunması və onların özlərini mütəxəssis kimi sınaması üçün bu fəaliyyətin böyük əhəmiyyəti var".

B.Muradova qeyd edib ki, Azərbaycan qadınlarına çağırış etmək lazımdır: "Ona görə ki, qadınlar peşə seçərkən hüquq sahəsini, xüsusilə də məhkəmələrdə insanların hüquqlarının müdafiə sahəsini seçsinlər. Çünki buna ciddi ehtiyac var. Ailədaxili problemləri olan qadınlar hüquq mühafizə orqanlarına müraciət etdikdə qadın vəkillərə üstünlük verməyə çalışırlar".

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR