
Reklam
25 Fevral 2022, 17:35
544
Bakıda narkotacirə hökm oxunub
Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Aqil Əzizova hökm oxunub və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Gazetteaz xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, A.Əzizov ötən ilin avqustunda Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun üzərində ümumilikdə 1 kiloqram 800 qram marixuana və elektron tərəzi aşkar edilib.
O, ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu deyib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





