Azərbaycanda qoyunlar 7 manata, nar bağları 40 manata sığortalanacaq

Aqrar Sığorta Fondu dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə qoyunların və nar bağlarının güzəştli sığortasına başlayıb.

Bu barədə Fonddan bildirilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısı genişləndirilib. Nəticədə indi sığorta vasitəsilə demək olar ki, bütün meyvələri, o cümlədən Kürdəmir ərazisində geniş becərilən nar bağlarını sığortalamaq mümkündür.

Aqrar sığorta meyvə bağlarını - dolu; qasırğa; fırtına; sel və subasma; leysan; şaxtavurma, normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri, ildırım; yanğın; zəlzələ, torpaq sürüşməsi və sair risklərdən qoruyur.

Fermerlər nar bağlarının hər hektarından ildə orta hesabla 5-10 min manatlıq məhsul yığırlar.

Nar bağlarının hər hektarının baza zərfi ilə sığortası fermerlərə 40-80 manata başa gələcək. Bağdakı məhsul tamamilə itirilsə, fermerlərə müvafiq olaraq 4 500-9 000 manatadək kompensasiya veriləcək. Əlavə ödənişlə nar bağlarını donvurmadan, bitki xəstəliklərindən və dolu nəticəsində keyfiyyət itkisindən də sığortalamaq olar.

Nazirlər Kabinetinin qərarı ilə sığortalanan heyvanların siyahısı da genişləndirilib və buraya südlük inəklərlə yanaşı, ətlik mal-qara (danalar) və qoyun- keçilər də daxil edilib. Yeni tariflərlə 1 000 manatlıq inəyin sığortası fermerə 31-47 manata, 300 manatlıq keçinin sığortası 10,5 manata, 200 manatlıq qoyunun sığortası isə cəmi 7 manata başa gələcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Aqrar Sığorta Fondu təsis edilib.

“Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulmuşdur. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR