Ağır nəticələr ilə qarşılaşa bilərik - Bir günə 4 min insan ...

"Bizdə də digər ölkələrdəki kimi yoluxma sayının sürətlə artması ehtimalı yüksəkdir".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib.

Mütəxəssis bildirib ki, əgər həkim çatışmazlığı yaşamarıqsa, çarpayı sayı kifayət edərsə, rəqəmlər lap 5, 6 min də olsa qapanmalara gedilməcəyək:

"COVİD19-un birinci ştammına yoluxmuş şəxs bir-iki nəfəri yoluxdururdu, ikincidə, hər yeni ştammda bu rəqəm iki dəfə artdı. "Delta" ştammında bir nəfərin yoluxdurma qabiliyyəti 8 nəfərə qədər idi. ÜST-ün infeksion yoluxma dərəcəsini təyin edən cədvəlləri var, orada "Omicron"da artıq bu rəqəm 10-dur. Bu ştammın yüksək yoluxduruculuq qabiliyyəti var. Bu baxımdan yəqin ki, bizdə də bu rəqəmlərin qısa müddətdə artma ehtimalı var. Ona görə də əhaliyə bildirilir ki, buster dozanın sürətli aparılmasına çalışsınlar. Əks halda ağır mənzərə ilə qarşılaşa bilərik. Rəqəmlər yüksək olacaq, hamı yoluxacaq, amma xəsətliyin gedişatı ağır olmayacaq. 

Vaksinasiya bu ştamma qarşı çox effektli olduğuna görə ağırlaşmalar olmayacaq. Biz ağırlıq dərəcəsini stansionarda çarpayı sayı ilə hesablayırıq - boş, dolu çarpayı sayına görə hesablayırıq. Əgər yerimiz yoxdursa, bu o deməkdir ki, vəziyyət kritikdir. Rəqəmin yüksək və yaxud da aşağı olması bizim üçün maraqlı deyil. Rəqəm yüksək ola bilər, amma ağır xəstələrin artacağı proqnozlaşdırılmır. Çünki böyük əksəriyyəti artıq vaksinasiya prosesindən keçib. 

Bizdə də Gürcüstandakı vəziyyətin (Gürcüstanda ötən sutkada koronavirusa 8 728 yeni yoluxma halı qeydə alınıb - red) təkrarlanacağını düşünmürəm. Amma bizdə də məktəblər, universitetlər açıqdır. Qısa zamanda yoluxma sayı 3, 4 minə çata bilər. Amma yenə də ağırlaşma yoxdursa, bu, bizim üçün qorxulu rəqəm deyil. 

Lakin rəqəmlərin bu həddə çatması bizdə yenidən sərt karantin rejiminin tətbiqinə səbəb ola bilər. Yenədə xəstəliyi ağır keçirənlərin sayı artsa, əhaliyə xidmət gücümüz çatmasa o halda sərt karantin rejiminə ehtiyac yarana bilər. Amma əks halda buna ehtiyac yoxdur. Əgər həkim çatırsa, çarpayı kifayət edirsə, rəqəmlər lap 5, 6 min də olsa qapanmalara gedilməcəyək. Amma stansionarda vəziyyət kritik hala çatan kimi dəsrhal qapanmalara gediləcək. Çünki başqa yola uoxdur. Çarpayı sayının azalması ağır xəstələrin artaması demək olacaq. Yoluxnların sayı lap 5 min olsun, əgər şəxs xəstəliyi ayaq üstə qrip kimi keçirirsə bunu, bu, elə böyük bir problem deyil. Əvvəl-axır kütləvi immunitet yaranmalıdır da. 

Yoluxma sayının o həddə çatmasının və stansionarda vəziyyətin acınacaqlı həddə çatmasının qarşısını almaq üçün ən əsas tədbir vaksinasiyadır. Çünki vaksinli orqanizmdə virus mutasiyaya uğraya bilmir. Ağır xəstələrin artmaması, qapanmalara getməmək üçün ancaq vaksinasiyaya ehtiyac var. Həmçinin pandemiyanın da bitməsi üçün yeganə yol vaksinasiyadır". 

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR