Vüqar İsgəndərov: "Artıq biz Fransanın Ermənistanı bu və ya digər formada dəstəkləməsinin dəfələrlə şahidi olmuşuq"

“Biz dəfələrlə Fransanın Ermənistanı bu və ya digər formada dəstəkləməsinin şahidi olmuşuq. Özlərini “nazir”, “parlament spikeri” adlandıran bir yerin təmsilçiləri Fransada əgər, qonaq kimi qəbul edilirsə, bu həqiqətən də karikatura obrazı yaradır. Yəni bu siyasətin karikaturasıdır” - bu sözləri deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində biz Ermənistan ordusunu darmadağın etdik və beynəlxalq hüququn prinsiplərini bərpa etdik: “Artıq Azərbaycanda Dağlıq Qarabağ adlı bir bölgə mövcud deyil. Azərbaycanda Qarabağ İqtisadi Zonası, Şərqi Zəngəzur İqtisadi Zonası var. Həm parlament, həm cəmiyyət Fransanın bu cür hərəkətləri ilə bağlı fikirlərini söyləyib. Bu məsələdə bir neçə suallar yaranır. Bunlardan biri Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi burada qalmağına ehtiyac yaranırmı? İkinci sual isə ümumiyyətlə ATƏT-in Minsk qrupunun mövcud olmasına ehtiyac varmı? Ən əsası budur ki, əgər, ATƏT-in Minsk qrupu mövcud olsa da, Fransanın orada olmağa mənəvi haqqı yoxdur. Çünki həmin sülh yaratma proseslərinə ən birinci məsələsi özündə tərəfsizlik ehtiva edir”.

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, Fransa bu münaqişənin həll olunması üçün göstərdiyi səylərdə tam tərəfsiz olmalıdır: “Biz amma Fransada bunu görmürük. Əksinə Fransa tarix boyu Ermənistana böyük bacılıq edib. Bu gün də bu açıq-aşkar görünür. Parisin bizə qarşı qərəzli siyasəti yeni deyil. Sonradan Fransa siyasi dairələrində “bu bizim dövlətimizin mövqeyi deyil” kimi nəğmələri, bayatıları eşitmişik. Amma açıq-aşkar şəkildə Fransanın bu məsələdə bizə qarşı qərəzi var. Fransa özü artıq bu siyasətində ciddi dəyişiklik etməli və artıq öz siyasətində götür-qoy etməlidir. Ona görə də bu artıq Fransa siyasəti üçün çox vacib məsələdir. Həm Fransa siyasiləri, həm hökumət, parlament üzvləri, həm də yerli bələdiyyə, idarəetmə orqanlarının nümayəndələri, rəhbərləri bilməlidir ki, etdikləri hərəkətin və göstərdikləri mövqenin aqibəti yaxşı olmayacaq

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR