
Reklam
07 Avqust 2021, 19:04
930
İranda Bünyad Hüseynovu Əli Əlizadə əvəz edəcək
Prezident İlham Əliyev Bünyad Səməd oğlu Hüseynov Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
Gazette.az xəbər verir ki, Prezidentin imzaladığı digər sərəncamlarla Əli Fikrət oğlu Əlizadə Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrinə təyin edilib.
Qeyd edək ki, Əli Əlizadə buna qədər Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





