Günəş hər kəsdə D vitaminini artırmır

Yayda günəş işığının D vitamini çatışmazlığını aradan qaldırdığı düşünülsə də, yeni araşdırma bunun hər kəs üçün doğru olmadığını göstərib.

Axşam.az xəbər verir ki, bu barədə "ScienceAlert" məlumat yayıb.

Nyukasl Universitetinin alimləri 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədər 299 nəfəri müşahidə edib və onların qanında D vitamini səviyyəsini yoxlayıblar.

Araşdırma zamanı məlum olub ki, 65 yaşdan yuxarı insanların 55 faizindən çoxunda, tünd dəriyə sahib şəxslərin isə 72 faizindən çoxunda D vitamini normadan aşağı olub. Maraqlısı isə odur ki, yay aylarında da bu göstərici ciddi şəkildə dəyişməyib.

Alimlər bildiriblər ki, yaş artdıqca dəri D vitaminini daha az sintez edir. Tünd dəriyə sahib insanlarda isə melanin günəş şüalarının təsirini azaltdığı üçün orqanizmdə D vitamini daha çətin yaranır.

Bundan başqa, araşdırma İngiltərənin şimalında aparıldığı üçün bölgədə yayda belə günəş şüalarının kifayət etmədiyi qeyd olunub.

Mütəxəssislər risk qrupunda olan insanlara yalnız günəşə güvənməməyi, həkim məsləhəti ilə D vitamini əlavəsi qəbul etməyi tövsiyə ediblər.

Onlar həmçinin xəbərdarlıq ediblər ki, D vitamininin normadan artıq qəbulu sağlamlıq üçün təhlükəli ola bilər.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR