Ağ-qara yuxular görmək normaldırmı?

Ölkə.az "Gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə psixiatr, psixoterapevt Anton Şestakov danışıb.

"Ağ-qara yuxular görmək özlüyündə nə xəstəlikdir, nə də narahatedici əlamət — bu, normal bir variantıdır".
Həkim bildirib ki, yuxulardakı rənglər düşündüyümüz qədər sabit deyil. Onun sözlərinə görə, beyin gecə saatlarında adi mənada “film çəkmir”, yaddaş və emosiyalardan müxtəlif obrazlar yaradır. Bu zaman rəng çox vaxt ikinci dərəcəli detal olur. Buna görə də bir çox insan oyandıqdan sonra yuxusunun rəngli olub-olmadığını xatırlamır və bu tamamilə normaldır.

Şestakov qeyd edib ki, gündəlik həyatda gördüklərimiz yuxuların rəng palitrasına təsir göstərir. Məsələn, uşaqlığını ağ-qara televizor dövründə keçirən insanlar daha çox ağ-qara yuxular görürlər. Rəngli görüntülərlə böyüyənlər isə əksər hallarda rəngli yuxular görür. Yəni yuxunun rəngi daha çox insanın vizual təcrübəsini əks etdirir, hansısa problemin göstəricisi deyil.

Bununla belə, həkim vurğulayıb ki, əsas məsələ yuxunun rəngi deyil, onu müşayiət edən digər əlamətlərdir.

“Əgər insan birdən-birə yuxularının solğunlaşdığını, boz rəngə çevrildiyini hiss edirsə və eyni zamanda həyatdan zövq almağı dayandırırsa, hər şey ona maraqsız görünürsə, əvvəllər həvəslə etdiyi işlərə marağını itirirsə, bu artıq psixoloji vəziyyətə diqqət yetirmək üçün siqnal ola bilər. Çox vaxt aşağı əhval-ruhiyyə özünü məhz belə göstərir: dünya həm yuxuda, həm də reallıqda rəngini itirmiş kimi görünür”, — deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, yuxunun istirahət hissi verməməsi, tez-tez təkrarlanan ağır yuxuların görülməsi, səhərlər yorğun oyanmaq və gün ərzində həftələrlə davam edən ruh düşkünlüyü kimi hallar da narahatedici əlamətlər hesab olunur. Ağ-qara yuxular bu simptomlarla birlikdə müşahidə olunursa, psixoterapevt, psixiatr və ya somnoloqa müraciət etmək məqsədəuyğundur.

Həkim sonda qeyd edib ki, əgər belə əlavə əlamətlər yoxdursa və insan sadəcə niyə ağ-qara yuxu gördüyünü düşünürsə, narahat olmağa əsas yoxdur. Bu, sadəcə insan beyninin maraqlı xüsusiyyətlərindən biridir və heç bir diaqnoz anlamına gəlmir.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR