Yaşınız artdıqca gözəlləşin

Zamanın qarşısını almaq mümkün deyil. Ancaq yaş aldıqca baxımlı, sağlam və özünüz olaraq qalmaq tamamilə sizin seçimdir. Mütəxəssislər bildirirlər ki, məqsəd illərin izlərini tamamilə silmək deyil, yaşın ən gözəl halını yaşamaqdır.

Axşam.az xəbər verir ki, gözəllik sahəsi üzrə mütəxəssislərin sözlərinə görə, insanların ən çox dilə gətirdiyi fikirlərdən biri "Əvvəlki kimi görünmək istəyirəm" cümləsidir. Halbuki bu arzu əksər hallarda yalnız xarici görünüşlə bağlı olmur. İnsanlar daha enerjili olduqları, özlərinə daha çox vaxt ayıra bildikləri dövrlər üçün darıxırlar.

Mütəxəssislər hesab edir ki, əsas sual "Əvvəlki kimi görünmək istəyirik, yoxsa yaşımızın ən yaxşı halını yaşamaq?" olmalıdır. Çünki 20 yaşındakı dəri ilə 40 və ya 50 yaşındakı dərinin eyni görünməsi mümkün deyil. Bununla belə, düzgün qulluq edilən, günəşdən qorunan və keyfiyyətli məhsullardan istifadə olunan dəri hər yaşda sağlam və parlaq görünə bilər.

Qeyd olunur ki, gözəllik yalnız gənc görünmək demək deyil. İllər ərzində formalaşan mimikalar, təbəssüm və baxışlar insanın xarakterinin ayrılmaz hissəsidir. Buna görə də estetik görünüş naminə üzün təbii ifadəsini itirmək düzgün hesab edilmir.

Mütəxəssislər yaş almaqla özünə laqeyd yanaşmağın fərqli anlayışlar olduğunu vurğulayırlar. Onların sözlərinə görə, dəriyə göstərilən diqqət illərin üzdə necə iz buraxacağını böyük ölçüdə müəyyənləşdirir.

Dərinin sağlam qalması üçün müntəzəm qulluq, ev şəraitində düzgün rutin, günəşdən qoruyucu vasitələrdən istifadə, keyfiyyətli yuxu, kifayət qədər su qəbulu, stressin idarə olunması və ehtiyac yarandıqda peşəkar dəstək almaq tövsiyə edilir.

Mütəxəssislər bildirirlər ki, gözəllikdə möcüzə yaradan tək bir prosedur deyil, davamlılıqdır. Uzun illər ərzində formalaşdırılan düzgün vərdişlər dərinin daha sağlam və gənc görünməsinə kömək edir.

Onların fikrincə, insan güzgüyə baxarkən yalnız qüsurlarını deyil, özünə göstərdiyi qayğını da görməlidir. Vaxtı dayandırmaq mümkün olmasa da, onun izlərini düzgün qulluq sayəsində daha zərif şəkildə daşımaq mümkündür.

Bunun üçün axşam yatmazdan əvvəl üzünüzü mütləq təmizləyici vasitələrlə silin və ya yuyun. Nəmləndirici, gözaltı krem çəkin. 

Səhər yuxudan duranda üzü yuyub qurulayıb, nəmləndirmək lazımdır. Gün ərzində küçəyə çıxacaqsınızsa ən az 50 faizlik SPF istifadə edin. yayda çalışın ağır makiyaj etməyəsiniz. Ənlik, tuş, dodaq parıldadıcı yetərli ola bilər. 

Əgər evdə vaxtınız olarsa gözünüzə xiyar dilimi, üzünüzə tərəvəzlərdən hazırlanan maskalar edin. 

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR