Ağırlıq qaldıranlar daha uzunömürlü olur

Dərc olunmuş bir araşdırmanın nəticələrinə görə, həftədə 1,5-2 saat müntəzəm ağırlıq məşqləri ömrü uzatmaqda təsirlidir. Mütəmadi məşqlər həmçinin yıxılma riskini də azaldır.

Axşam.az xəbər verir ki, həftədə 90 dəqiqədən iki saata qədər edilən ağırlıq və müqavimət məşqləri vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Uzun illər davam edən yeni bir araşdırma göstərib ki, müntəzəm güc məşqləri yalnız əzələ və sümük sağlamlığına deyil, həm də ömür uzunluğuna müsbət təsir göstərə bilər.

Britaniyanın BBC kanalının hesabatına görə, tədqiqatçılar 147.374 qadın və kişidən əldə edilən məlumatları əhatə edən üç böyük tədqiqatı araşdırıblar. İştirakçılar 30 il ərzində izlənilib. Təhlil müəyyən edib ki, müntəzəm olaraq ağırlıq və ya müqavimət məşqləri edən insanlarda bu cür məşqlər etməyənlərlə müqayisədə hər hansı bir səbəbdən vaxtından əvvəl ölüm riski 13 faiz daha aşağıdır. Tədqiqat həmçinin güc məşqlərinin, xüsusən də ürək-damar sağlamlığına təsirlərinə diqqət çəkib.

Həftədə 90 dəqiqədən iki saata qədər ağırlıqlarla idman edən şəxslərdə ürək-damar xəstəlikləri, məsələn, infarkt və insultdan ölüm riski 19% daha aşağı olub. Nevroloji xəstəliklərdən ölüm hallarında daha əhəmiyyətli azalma müşahidə edilib. Araşdırmaya görə, demans və oxşar xəstəliklərdən ölüm riski 27% azalıb. Ən böyük fayda iki növ idmanın birləşməsində müşahidə olunub.

Qaçış, üzgüçülük və ya velosiped sürmə kimi müntəzəm aerobika məşqləri edən və buna ağırlıq məşqləri əlavə edən iştirakçıların vaxtından əvvəl ölüm riski 58% daha aşağı olduğu aşkar edilib. Əksinə, tədqiqat həftədə iki saatdan çox güc məşqlərinin heç bir əlavə fayda vermədiyini göstərib. Nəticələr göstərib ki, ən səmərəli sağlamlıq nəticələri orta və müntəzəm müqavimət məşqlərindən əldə edilib. Güc məşqlərinin faydaları son illərdə daha çox diqqəti cəlb edib. Əzələ kütləsi və sümük sıxlığı yaşla təbii olaraq azalsa da, mütəxəssislər ağırlıq məşqlərinin bu prosesi yavaşlada biləcəyini bildirirlər. Mütəmadi müqavimət məşqlərinin yıxılma riskini azalda, hərəkətliliyi qoruya və qocalıqda müstəqil yaşamağı dəstəkləyə biləcəyi bildirilib.

Əzələ kütləsi və sümük sıxlığı yaşla təbii olaraq azalsa da, mütəxəssislər ağırlıq məşqlərinin bu prosesi ləngidə biləcəyini söyləyiblər. Mütəmadi müqavimət məşqlərinin yıxılma riskini azaltdığı, hərəkətliliyi qoruduğu və qocalıqda müstəqil yaşamağı dəstəklədiyi deyilib.

Tədqiqatda diqqətəlayiq başqa bir qeyd də var. Tədqiqatçılar həmçinin həftədə iki saatdan çox güc məşqi etməyin əslində heç bir əlavə fayda vermədiyini aşkar etdibər.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR