Yayda qidalanmada bu səhvləri etməyin

Yay mövsümünün gəlişi ilə hava temperaturunun yüksəlməsi orqanizmin maye tələbatını artırır və qidalanma vərdişlərinə təsir edir.

Axşam.az xəbər verir ki, dietoloq yay aylarında ağır və yağlı qidalardan uzaq durmağı tövsiyə edib.

Qış aylarında daha çox üstünlük verilən yüksək kalorili yeməklərin əvəzinə su tərkibi yüksək olan yüngül qidalar qəbul edilməlidir. Tərəvəz, meyvə, tam taxıllar, paxlalılar və keyfiyyətli protein mənbələri yay qidalanmasının əsasını təşkil etməlidir. Qızartmaların yerinə isə qaynadılmış, buğda bişirilmiş, sobada və ya qrildə hazırlanmış yeməklərə üstünlük verilməlidir.

Mütəxəssislər bildirir ki, isti hava iştahanın azalmasına səbəb olur. Bu isə orqanizmin həzm zamanı yaranan istiliyi azaltmağa çalışması ilə əlaqədardır. Kifayət qədər maye qəbul edilməməsi qəbizlik kimi həzm problemlərinin yaranma riskini artırır.

Gün ərzində yalnız meyvə ilə qidalanmaq, kifayət qədər su içməmək, həddindən artıq dondurma və şəkərli içkilər qəbul etmək, həmçinin iştahanın azalması səbəbindən protein qəbulunu azaltmaq yanlış hesab edilir.

Böyüklər gün ərzində ən azı 2-2,5 litr su qəbul etməlidirlər. Güclü tərləmə, fiziki aktivlik və açıq havada işləmə zamanı isə bu miqdar daha da artırılmalıdır. Ayran, kefir, qazsız mineral su və şəkərsiz bitki çayları da maye ehtiyacının qarşılanmasına kömək edə bilər. Şəkərli içkilər isə suyun yerini tutmur.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR