Qırışları azaldır, amma kor ola bilərsiniz

Botoks həm estetik, həm də tibbi sahədə geniş istifadə olunur.

Üz qırışlarını azaltmaq, qaşları qaldırmaq, hətta migren və aşırı tərləmə kimi tibbi problemlərin müalicəsi üçün tətbiq edilir. Lakin hər tibbi prosedur kimi, botoksun da müəyyən fəsadları və riskləri mövcuddur.

Ən çox rast gəlinən təsirlər iynə yerində qızartı, şişlik və göyərmə, yüngül baş ağrısı və əzələ zəifliyidir. Bəzi hallarda isə botoksun təsiri üz əzələlərinə yayılaraq qaşların, göz qapaqlarının və ya ağız künclərinin sallanmasına səbəb ola bilər. Bu, üz ifadələrinin qeyri-təbii görünməsinə gətirib çıxara bilər.

Allerjik reaksiyalar nadir deyil və qızartı, qaşınma, şişlik, bəzi hallarda nəfəs darlığı, ürək döyüntüsündə sürətlənmə müşahidə oluna bilər. Daha ciddi hallarda isə botoksun ətraf əzələlərdə zəifliyə səbəb olması, görmə problemləri və dodaq ətrafında hissiyyat itkisi yarana bilər. Həddindən artıq tətbiq uzunmüddətli əzələ zəifliyinə gətirib çıxara bilər.

Riskləri azaltmaq üçün botoks yalnız sertifikatlı və təcrübəli həkimlər tərəfindən edilməli, tibbi tarixçə və allergiyalar həkimlə paylaşılmalı, məhsulun orijinallığından əmin olunmalıdır. Mütəxəssislər, hamiləlik və laktasiya dövründə isə botoksdan uzaq durmağı məsləhət görülür.

Ümumilikdə, botoks effektiv və təhlükəsiz bir vasitədir, lakin onun tətbiqi fərdi xüsusiyyətlər və düzgün prosedurla bağlıdır. Yüngül yan təsirlərdən ciddi fəsadlara qədər risklər mövcuddur, buna görə təcrübəli həkimə müraciət etmək vacibdir. (Olke.az)

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR