Sublimasiya edilmiş məhsullar təhlükəsizdirmi?

Son dövrlərdə quru dondurma adı altında təqdim edilən və müasir emal texnologiyalarından, o cümlədən liyofilizasiya (freeze-drying) üsulundan istifadə edilməklə istehsal olunan qida məhsullarının satışı həyata keçirilir.  Bu proses məhsulun əvvəlcədən dondurulmasından sonra vakuum şəraitində tərkibindəki suyun maye fazaya keçmədən birbaşa buz halından qaz halına çevrilməsi (sublimasiya) prinsipi əsasında həyata keçirilir.

Bu texnoloji proses nəticəsində məhsulun maye miqdarı minimuma endirilir, fiziki forması və qida dəyəri isə əsasən qorunub saxlanılır. Sublimasiya prosesi mikrobioloji riskləri azaltsa da, tam aradan qaldırmadığından, bu cür məhsulların təhlükəsizliyinin təmin olunması xammaldan başlayaraq istehsalın bütün mərhələlərində müvafiq gigiyenik tələblərə ciddi riayət edilməsini zəruri edir.
Ölkə ərazisində istehsalı geniş şəkildə aparılmayan quru dondurma məhsulları, minimum keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verdikləri, xammalın təhlükəsizliyi təmin olunduğu, istehsal və emal prosesində gigiyenik normalara riayət edildiyi hallarda insan sağlamlığı üçün hər hansı bir təhlükə yaratmır.

Qida təhlükəsizliyi sahəsində nəzarət tədbirləri çərçivəsində bu məhsulların idxalı, istehsalı və dövriyyəsi zamanı mövcud qanunvericiliyin tələblərinə uyğunluq təmin edilir, normativ tələblərə cavab verməyən məhsulların dövriyyəsinə yol verilmir və aşkar edilmiş uyğunsuzluqlar üzrə qanunvericiliyə uyğun tədbirlər görülür.

AQTA istehlakçıları bu tip məhsulları alarkən etiket məlumatlarına, istehsalçı barədə informasiyaya, istehsal və son istifadə tarixinə, eləcə də saxlanma şəraitinə diqqət yetirməyə çağırır. Qida məhsulları ilə bağlı şübhə doğuran hallarla rastlaşdıqları təqdirdə isə Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət etmələri tövsiyə olunur.  Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:  
 

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR