Uşaqlarımızı necə zəhərləyirik? - Alimlər həyəcan təbili çaldılar

Yediyimiz qidaların tərkibinin insan sağlamlığına birbaşa təsir etməsi hər kəsə məlumdur. Lakin məlum olub ki, yemək hazırlayan zaman onların bişirilməsi üsulu da sağlamlığımızda gələcəkdə yarana biləcək ağır xəstəliklərdə mühüm rol oynayır.

Əksər hallarda insanlar orqanik qidalar aldıqlarını düşünərək onları daha zərərli formada hazırlamasına fikir vermirlər. Jurnalda dərc olunan yeni bir araşdırma göstərib ki, yemək bişirilməsi zamanı qapalı məkanlarda tüstüdən yaranan hava çirklənməsi uşaqlara xüsusən də yetkinlik yaşlarında onların sağlamlığına olduqca mənfi təsir göstərir.

Alimlər Çində 45 yaş və ondan yuxarı 7000-dən çox insandan alınan məlumatları təhlil ediblər. Onlar müxtəlif bölgələri və sosial qrupları təmsil ediblər. Mütəxəssislər uşaqlıq dövründə hava çirkliliyinə məruz qalma ilə koqnitiv funksiyalara dair ölçülər arasındakı səbəb-nəticə əlaqələrini qiymətləndirmək üçün müasir statistik metodlardan istifadə ediblər.

Nəticələr əhəmiyyətli bir əlaqəni ortaya çıxarıb: erkən yaşlarında evdə bərk yanacaqlardan (kömür, odun və s.) çıxan tüstüyə məruz qalan insanların 45 yaş və daha çox yaşda xeyli zəif düşüncə və yaddaş göstəriciləri olub. Bu arzuolunmaz əlaqə bədən kütlə indeksi, təhsil səviyyəsi və gəlirlər də daxil olmaqla müxtəlif amillər nəzərə alındıqdan sonra da davam edib. Bütün bu faktorlar erkən yaşda ətraf mühitdə baş verən proseslərin beyin inkişafına təsirinin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirib.

Ətraflı təhlillər onu da göstərib ki, kişilər bu cür mənfi amillərə qadınlardan daha çox məruz qalırlar. Məlum vəziyyəti yetkinlik dövründə siqaret çəkmək və ya spirtli içki qəbul etmək kimi sağlam olmayan vərdişlər də daha da ağırlaşdırır.

Tədqiqatın müəllifləri vurğulayıblar ki, bu araşdırma qlobal səhiyyə üçün əhəmiyyətli nəticələrə malikdir. Bir çox ölkələrdə, xüsusən də kənd yerlərində və aşağı gəlirli ailələr arasında bərk yanacaqla yemək bişirən insanların sayı yüksək olaraq qalır. Bu, uşaqları ağciyərlərə və qan dövranına nüfuz edə bilən zərərli zəhərli qazlara məruz qoyur və nəticədə onilliklər ərzində tüstü, zərərli maddə və qazlarla birbaşa təmas beyin funksiyasına təsir göstərir.(Publika.az)

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR