Təzə zeytun yağı diz artritini yüngülləşdirir

Təzə zeytun yağı istehlakı diz artritini yüngülləşdirir.

Axşam.az xəbər verir ki, türkiyəli alimlər tərəfindən aparılan eksperimental tədqiqat nəticəsində məlum olub ki, təzə sıxılmış orqanik zeytun yağı ilə hazırlanmış qidaları istehlak edən siçovullarda diz artriti və oynaq zədələnmələrində azalma müşahidə olunub. 

Bu kontekstdə, laboratoriya şəraitində siçovulların dizlərinə monosodyum asetat yeridilməsi ilə osteoartrit (artrit) modeli yaradılıb. Daha sonra heyvanlara 21 gün ərzində təzə sıxılmış zeytun yağı ilə hazırlanmış xüsusi pəhrizlər verilib.

Tədqiqat nəticəsində məlum olub ki, bu yağı ilə bəslənən siçovullarda diz artritində azalma və serum oksidləşdirici səviyyələrinin azalması müşahidə olunub.

Diz artritinin əsas səbəblərindən biri mexaniki aşınma və yırtılmadır. Lakin iltihabi xəstəliklər, genetik amillər və metabolik pozğunluqlar da bu prosesə təsir göstərir. Buna baxmayaraq, osteoartritin əsas səbəbi hələ də məlum deyil. Diz osteoartriti olan xəstələrdə yüksək LDL xolesterol səviyyələri aşkar edilib.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR