Açıq havada satılan süd məhsullarının təhlükəsi: görünməyən risklər nələrdir?

Paytaxtın bir sıra bazarlarında, hətta küçələrdə və yol kənarlarında heç bir gigiyenik norma gözlənilmədən satışa çıxarılan süd məhsullarına tez-tez rast gəlinir. Bu isə məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar doğurur.

Bəs açıq havada süd məhsullarının satılmasının əsas riskləri nələrdir?

Qida eksperti İlkin Şirinov Ölkə.az-a açıqlamasında bildirib ki, küçədə satılan qidalar, istər süd-qatıq məhsulları olsun, istər digər qidalar, insan sağlamlığına birbaşa ziyan vurmağa sanki fokuslanıb.

Onun sözlərinə görə, bu kimi satış yerləri artdıqca, sanki insanlar daha çox maraqlanır və buradan məhsul almağa üstünlük verirlər:

"Yəni burada, bildiyimiz kimi, heç bir nəzarət mexanizmi yoxdur. Küçə satışında hər hansı məhsulun partiya nömrəsi, baytarlıq şəhadətnaməsi və gigiyenik sertifikatı ilə heç kim məşğul ola bilmir. Çünki bu küçədə satışdır. Bugün burada satılır, sabah başqa yerdədir, bir gün metronun qarşısında, digər gün başqa bir bazarın qarşısında satış olur. Bu kimi yerlərdə satılan məhsullar insan sağlamlığını riskə atmaqdan başqa bir faydalı məqsədə xidmət etmir.

Süd-qatıq məhsullarının küçə satışında, ümumiyyətlə, süd, qatıq, pendir, şor, süzmə kimi məhsulların antisanitär şəraitdə, gigiyena qaydalarına əməl olunmadan satılması bakteriya mənbəyinin yaranması deməkdir. Bu isə sağlam insanlarda, eləcə də müəyyən xəstəlikdən əziyyət çəkən insanlarda birbaşa risk yaradır. Süd məhsullarında yarana bilən listeriya bakteriyası insan sağlamlığını təhlükəyə atır. Bu, yeganə bakteriyadır ki, soyuqda belə çoxala bilir. Əgər süd və süd məhsulları antisanitär şəraitdə saxlanılırsa, listeriyanın qarşısını almaq mümkün deyil. Hətta iki-dörd dərəcə temperaturda saxlanılsa belə, bu bakteriyalar artmağa başlayır.

Bundan əlavə, südün, qatığın saxlandığı qablar qida üçün nəzərdə tutulmuş olmalı və gigiyenik vəziyyətinə əməl olunmalıdır. Həmçinin, heyvanlar sağılan qablar da gigiyenik və təmiz olmalıdır ki, məhsullar xüsusilə uşaqlar və hamilə qadınlar üçün təhlükə yaratmasın. Əgər mikrob və bakteriya artıq çoxalmışdırsa, yaranan fəsad qaçılmazdır və bundan əziyyət çəkən yenə insanlar olacaqdır.

Gəlin bir də baxaq: orada satılan məhsullar tam şəkildə təbii məhsullardırmı? Məsələn, pendir satılırsa, biz bildiyimiz kimi, orta yağlılıqda 8-10 litr süddən 1 kiloqram pendir əldə etmək mümkündür. Tam yağlı pendirdə isə 6-7 litr süddən 1 kiloqram pendir alınır. Süddəki qiyməti nəzərə alsaq (təxminən 1 manat 20 qəpikdən), işçi haqqı və enerji xərclərini də əlavə etsək, 1 kiloqram pendirin qiyməti 10 manatdan çox olmalıdır.

Amma bugün satışda olan 5-8 manatlıq pendirlər nədən hazırlanır? Artıq bunun özü sual altındadır. Bu pendirlərin hazırlanmasında hansı qatqılardan istifadə olunur? Südün yağlılığı artırmaq üçün kənardan yağlar və müəyyən bitki yağları qatılır. Məhsulların sertifikatı olsa belə, keyfiyyət və yağ tərkibindən burada danışmaq olmur".

542325

Qida eksperti saxta və keyfiyyətsiz məhsulları necə ayırd etmək barədə danışarkən bir neçə əsas məqama diqqət çəkdi:

"Biz pendirin təbii olub olmadığını birinci növbədə qiymətinə görə təxmin edə bilərik. İkinci meyar isə dadıdır: pendirin yağ tərkibi çıxarılıb, yoxsa saxlanılıb, dadından bunu hiss etmək mümkündür. Bildiyimiz kimi, saxta pendirlərdə bol duz istifadə olunur ki, insanlar fərqinə varmasın. Saxta pendir dediyimiz məhsullar, südün separator vasitəsilə ayrılıb yağı çıxarıldıqdan sonra hazırlanmış pendirlərdir.

Qatıq da eyni qaydada: təbii şəraitdə hazırlanmış, pasterizə olunmuş və gigiyena qaydalarına əməl olunaraq hazırlanmış qatıq təbii qatıq sayılır. Amma günümüzdə satılan qatığın çoxu quru süd və ya kimyəvi qatqılarla hazırlanır ki, onun rəf ömrü uzadılsın və soyuducularda 20-30 gün qala bilsin. Təbii qatıq isə bu qədər uzun müddət saxlanıla bilməz. Onu götürdükdə və qaba boşaltdıqda qatığın təbii suyunun şəffaflığından fərq etmək mümkündür. Süni şəkildə hazırlanmış qatıq gel forması xatırladır və suyu ağ rəngə bənzəyir. Su qatılmış süd isə daha çox köpüklüdür və üzərində yağ təbəqəsi olmur. Su qatılmış süd sanki bişdikdən sonra qabın çöküntüsündə də hər hansısa bir süd qalığı olmur. Amma təbbi süd də görmək mümkündür. Təbii südün qoxusundan belə fərqi hiss etmək mümkündür, amma su qatılmış süd də bunu görmək mümkün deyil".

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR