Eviniz düşündüyünüz qədər təmiz deyil - Ən çirkli əşya bu imiş

Ev təmizliyi çox zaman yalnız görünən çirklərin aradan qaldırılması ilə məhdudlaşır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, gündəlik həyatda istifadə etdiyimiz bir çox əşya əslində mikrob yuvasıdır və ev daxilində xəstəliklərin yayılmasında əsas rol oynayır. Hər gün dəfələrlə əlimizin dəydiyi bu əşyalar mütəmadi olaraq dezinfeksiya edilmədikdə bakteriya və virusların sürətlə çoxaldığı “gizli təhlükə nöqtələri”nə çevrilir.

Araşdırmalar ağıllı telefonların tualet oturacağından qat-qat daha çox bakteriya yığdığını ortaya çıxarıb.

Gün boyunca əldən düşməyən telefonlar çöldə topladığı kir, yağ, tər və mikrobları evə daşıyır. Mütəxəssislər telefonların hər gün ən az bir dəfə spirt tərkibli salfetlə silinməsini tövsiyə edirlər.

Ev içərisində mikrobların ən sıx olduğu yerlərdən biri də mətbəx süngərləridir. Daim nəm qalan bu süngərlər salmonella kimi təhlükəli bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Buna görə də süngərlərin tez-tez dəyişdirilməsi, müəyyən aralıqlarla qaynar suda və ya mikrodalğada dezinfeksiya edilməsi tövsiyə olunur.

Televizor pultları, işıq açarları və qapı qolları evdə ən çox toxunulan səthlər sırasında olsa da, çox vaxt təmizlənməsi unudulur. Xüsusilə qrip və soyuqdəymə mövsümündə bu hissələr virusların və mikrobların ən tez yayıldığı nöqtələrə çevrilir. Mütəxəssislər bu səthlərin mütəmadi olaraq dezinfeksiya edilməsini vacib hesab edir.

Ev şəraitində işləyənlərin intensiv istifadə etdiyi klaviatura və siçan üzərində toz, yağ və yemək qalıqları toplanır. Bu isə mikrob yükünü artırır və infeksiya riskini yüksəldir. Klaviatura və siçanın həftədə ən az bir dəfə diqqətlə təmizlənməsi məsləhətdir.

Hamam və mətbəxdə istifadə edilən dəsmallar nəm qaldıqda bakteriyaların sürətlə çoxalmasına şərait yaradır. Mütəxəssislər əl dəsmallarının bir neçə gündən bir, hamam dəsmallarının isə həftədə bir dəyişdirilməsini tövsiyə edirlər.

Hamamın nəm mühiti diş fırçaları üzərində mikrobların yerləşməsi üçün ideal şərait yaradır. Bu səbəbdən diş fırçalarının üç aydan bir yenilənməsi və dik vəziyyətdə saxlanması tövsiyə olunur.(yeni sabah)

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR