Temperatur artımı ürək xəstələrində ölüm riskini yüksəldir

Harvard Universitetinin İctimai Sağlamlıq Məktəbinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat göstərib ki, həm çox isti, həm də çox soyuq hava şəraiti ürək çatışmazlığı olan insanlarda ölüm riskini artırır.

“JAMA Cardiology” jurnalında dərc olunan araşdırmada 2006-2021-ci illər arasında ürək çatışmazlığı diaqnozu qoyulmuş 250 mindən çox isveçli xəstənin məlumatları təhlil edilib. Nəticələrə görə, soyuq hava bütün səbəblərdən ölümü 13 faiz, ürək-damar xəstəliklərindən ölümü isə 16 faiz artırıb. İsti hava isə bütün səbəblərdən ölümü 5 faiz, ürək-damar xəstəliklərindən ölümü isə 8 faiz artırıb.

Tədqiqatçılar müəyyən ediblər ki, ölüm riski həm soyuq, həm də isti hava şəraitində yüksəlir, yəni “U” formalı əlaqə mövcuddur. Ən güclü təsir isə aşağı temperaturlarda müşahidə olunub. Əlavə olaraq, kişilər, şəkərli diabet xəstələri və diuretik dərmanlardan istifadə edənlər soyuğa qarşı daha həssasdırlar. Atrial fibrilasiya və ya ürək ritm pozğunluğu olan xəstələr isə isti hava zamanı daha çox risk daşıyıblar. Alimlər bildirirlər ki, iqlim dəyişikliyi ilə bağlı artan ekstremal temperatur hadisələri gələcəkdə ürək-damar xəstəliklərindən ölüm riskini daha da yüksəldə bilər.//Azərtac

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR