Yeni Klinika Lerikdə şəhid ailələri ilə görüş keçirib

Yeni Klinika heyəti Lerik Rayon İcra Hakimiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə Lerik rayonunda şəhid ailələri ilə görüş keçirib. 

Gazette.az xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirilən sosial dəstək layihəsi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların ailələrinə diqqət və ehtiramın ifadəsi olaraq gerçəkləşdirilib. 

Tədbir çərçivəsində əvvəlcə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovla görüş baş tutub. Görüşdə Yeni Klinikanın direktoru Barat Yusubov, millət vəkili Vasif Qafarov, Lerik Rayon Mərkəzi Xəstəxanasının direktoru Maqsud Ağayev, Yeni Klinikanın direktor müavini Ravil Tağıyev, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan tibb xidməti kapitanı, klinikanın həkim-travmatoloqu Türkel Hüseynov iştirak ediblər. 

Görüş zamanı dövlətin şəhid ailələrinə yönələn sosial dəstək siyasəti və bu istiqamətdə həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, müvafiq istiqamətdə qarşılıqlı əməkdaşlığın sistemli şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub.

Sonra nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq xatirəsini yad ediblər. 

Səfər çərçivəsində nümayəndə heyəti Lerik rayonu və Orand və Ambu kəndlərində yaşayan 15 şəhid ailəsini ziyarət edib, onların qayğı və ehtiyacları ilə yerində maraqlanıb. 

Tibbi müayinələrin təşkili və zəruri dəstəyin göstərilməsi ilə bağlı Yeni Klinikanın hər zaman onların yanında olduğunu qeyd edən direktor Barat Yusubov, şəhid ailələrinə diqqət və qayğının daim prioritet olaraq qalacağını bildirib.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR