Oturaq həyat tərzinin zərərli təsirindən damarları qorunmağın sadə yolu açıqlanıb

Birmingem Universitetinin alimləri müəyyən ediblər ki, flavanolla zəngin məhsullar, məsələn, çay, kakao, alma və giləmeyvələr uzun müddət oturaq vəziyyətdə qalmanın damarlar üçün mənfi təsirini azalda bilər.

Tədqiqatın nəticələri “The Journal of Physiology” jurnalında dərc olunub.

Müasir insan gün ərzində təxminən altı saata qədər oturaq vəziyyətdə vaxt keçirir. Bu cür azhərəkətlilik damarların fəaliyyətinin zəifləməsinə gətirib çıxarır. Arteriyaların elastikliyinin cəmi bir faiz azalması insult və infarkt da daxil olmaqla ürək-damar xəstəlikləri riskini 13 faiz artırır.

Tədqiqatçılar flavanolla zəngin qidaların bu zərəri kompensasiya edib-etmədiyini araşdırıblar. Flavanollar meyvələrdə, çayda, qoz-fındıqda və kakao dənələrində mövcud olan, damarları möhkəmləndirən və stres zamanı onları qoruyan təbii birləşmələrdir.

Eksperimentdə 40 sağlam kişi iştirak edib ki, onlardan 20-si yüksək, 20-si isə aşağı fiziki hazırlığa malik olub. Onlar iki saatlıq oturaq testdən bir saat əvvəl ya flavanolla zəngin kakao içkisi (695 mq), ya da çox az flavanol tərkibli (5,6 mq) içki qəbul ediblər. Daha sonra alimlər damar elastikliyini, qan axınını, təzyiqi və əzələlərin oksigenlə doyma səviyyəsini ölçüblər.

Nəticələr heyrətamiz olub. Aşağı flavanol tərkibli içki qəbul edənlərin damar funksiyası oturaq vəziyyətdən sonra pisləşib, belə ki, qan axını və arteriyaların elastikliyi zəifləyib. Lakin flavanolla zəngin içki içən iştirakçılarda bu cür dəyişiklik müşahidə olunmayıb, onların damar göstəriciləri iki saat hərəkətsiz qalmağa baxmayaraq eyni səviyyədə qalıb.

“Orqanizm kifayət qədər flavanol qəbul etmirsə, yüksək fiziki hazırlıq belə uzun müddətli oturma zamanı damar funksiyasının müvəqqəti pisləşməsindən tam qorumur”, – deyə Birmingem Universitetinin fiziologiya professoru Sem Lukas qeyd edib.

“Biz günün çox hissəsini masa arxasında, avtomobildə, evdə oturaq keçiririk. Hətta istirahət zamanı da orqanizm stres yaşayır. Gündəlik qidalanmaya flavanolla zəngin məhsulların daxil edilməsi damar sistemini qorumağa və ürək xəstəlikləri riskini azaltmağa kömək edə bilər”, - deyə tədqiqatın aparıcı müəllifi doktor Katarin Rendeiro bildirib.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR