
“Sağlamlıq konfransı 2025” çərçivəsində Yeni Klinikaya infotur - FOTOLAR
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Sağlamlıq konfransı 2025” çərçivəsində Türkiyə, Macarıstan, Tayland, Böyük Britaniya, Çin, Almaniyadan qonaq olan tibbi turizm mütəxəssisləri üçün Yeni Klinikaya infotur təşkil olunub.
Gazette.az xəbər verir ki, infoturda tibb müəssisəsinin Pediatriya, Təcili tibbi yardım, Reanimasiya və digər şöbələrə baxış keçiriblər. Klinikanın mütəxəssisləri tərəfindən qonaqlara tibb müəssisəsində göstərilən xidmətlər, fəaliyyət istiqamətləri, burada yaradılan mərkəzlər, son dövrlər icrasına başlanılan unikal cərrahi əməliyyatlar, innovativ müalicə və diaqnostika imkanları, həmçinin klinikada xarici pasiyentlər üçün yaradılmış şərait, qonaqlama imkanları və mövcud tibbi turizmin potensialı haqqında ətraflı məlumat verilib.
Sonda tibbi turizmin əhəmiyyəti və bu istiqamətdə görüləcək işlər müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.












ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





