Süd vəzi müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib

Oktyabr ayı süd vəzi xərçəngi ilə mübarizə ayıdır. Süd vəzi xərçəngi ilə mübarizənin əsas yolu isə erkən diaqnostikadır. Süd vəzi patologiyalarının diaqnostikası icbari tibbi sığorta hesabına qarşılanır. Müxtəlif səbəbli müraciətlər əsasında icbari tibbi sığorta hesabına süd vəzilərinin patologiyaları ilə əlaqəli  2025-ci ilin 9 ayı ərzində 120 mindən çox tibbi xidmət göstərilib.

Gazette.az xəbər verir ki, sözügedən müayinələrə süd vəzinin diaqnostikasında “qızıl standart” sayılan mammoqrafiya, ultrasəs müayinə (USM), maqnit rezonans tomoqrafiya (MRT), məmənin duktoqrafik müayinəsi, biopsiya və digər laborator testlər aiddir.

Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınmış sözügedən müayinələrdən tibbi göstərişə əsasən və ixtisaslı həkim təyinatı ilə yararlana bilərlər. Qeyd edək ki, icbari tibbi sığorta ilə qarşılanan süd vəzinin diaqnostikası TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında həyata keçirilir. Tibbi xidmətin həmin müəssisələrdə göstərilməsi mümkün olmadıqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndəriş əsasında icrası təmin edilir.

Xəstəliyin əsas simptomlarına süd vəzisində və ya qoltuqaltı nahiyədə bərk və nahamar törəmənin əmələ gəlməsi, gilədən ifrazat, gilənin içəriyə doğru batması, süd vəzisinin ölçülərində böyümə və ya kiçilmə, yerli hərarət və qızartı, şişkinlik, dərinin portağal qabığına bənzər görünüş alması və s. aiddir. 
Ətraflı

Süd vəzisinin yoxlanışına hər bir qadın özünü müayinə ilə başlamalıdır. 20 yaşdan yuxarı qadınlara hər menstrual siklin 5-10-cu günləri aralığında, menopauza və sonrası dövrdə olan qadınlara isə hər ayın eyni günündə  güzgü önündə vizual və əl ilə özünü müayinə etməsi tövsiyə olunur. Hər qadın süd vəzilərində baş verən dəyişikliklərə diqqət etməli və hansısa dəyişiklik olduqda diaqnozun dəqiqləşdirilməsi üçün vaxtında həkimə müraciət etməlidir.

Ümumiyyətlə, 20 yaşdan yuxarı qadınlara iki ildən bir ixtisaslı həkim tərəfindən müayinə olunmaq, 40 yaşdan yuxarı qadınlara isə ildə bir dəfə mammoqrafiya müayinəsindən keçmək məsləhət görülür. Mammoqrafiya müayinəsi zamanı alınan radiasiya (şüalanma) digər rentgenoloji müayinələr zamanı alınan radiasiyadan daha aşağı dozadadır.  Şübhəli düyün aşkarlanarsa dəqiq diaqnoz biopsiya yolu ilə qoyulur. Biopsiya zamanı süd vəzisindəki törəmədən nümunə alınır və hazırlanmış preparat mikroskop altında incələnir. Bu yolla əldə edilən nəticə dəqiq diaqnozun qoyulmasında mühüm rol oynayır.

Qeyd edək ki, süd vəzi xərçənginin inkişaf etməsinə təsir edə bilən bir çox risk faktorları var. Məsələn, irsi və yaş faktorları, hormonal dəyişikliklər, 12 yaşdan tez başlayan mensturasiya, gec yaşda menopauza (55 yaşdan sonra), qadının ilk uşağını dünyaya gətirdiyi yaş və hamiləlik sayı, ana südü ilə qidalandırmamaq, siqaret və tütün məhsullarından istifadə, spirtli içkilərin qəbulu, artıq çəki və piylənmə, fiziki aktivliyin aşağı olması və s.

SON XƏBƏRLƏR

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

BÜTÜN XƏBƏRLƏR