Beyin məşqi yaddaş və diqqəti gücləndirir - TƏDQİQAT

McGill Universitetinin alimləri beynin öyrənmə və yaddaşla bağlı şəbəkələrini yaxşılaşdıran ilk klinik sınağı həyata keçiriblər.

Gazette.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırmaya görə, yaşlı insanlar 10 həftə ərzində “BrainHQ” adlı onlayn beyin məşq proqramından istifadə etdikdə, beyində diqqət və yaddaşla əlaqəli xolinergik funksiyalar güclənir. Bu sistem adətən yaşlandıqca zəifləyir.

Tədqiqat “The Neuro” (Monreal Nevroloji İnstitutu-Xəstəxanası) alimləri tərəfindən aparılıb və “J.SIR” jurnalında dərc olunub. Alimlər bildiriblər ki, bu, insanların beynində kimyəvi dəyişiklikləri göstərən ilk qeyri-dərman müdaxiləsidir. Nəticələr beyin məşqinin Alsheymer və demans riskini azaltmağa kömək edə biləcəyini göstərir. Tədqiqatda 65 yaşdan yuxarı 92 sağlam şəxs iştirak edib. Onlar 10 həftə ərzində gündə 30 dəqiqə “BrainHQ” və ya adi kompüter oyunlarından istifadə ediblər. Yalnız “BrainHQ” istifadə edənlərdə beyin fəaliyyətində artım qeydə alınıb.

“Bir çox insanlar oxumaq və ya krossvord həll etməklə beyinlərini qoruduqlarını düşünür, amma bütün fəaliyyətlər həqiqətən neyroplastikliyə təsir etmir”, - deyə qeyd olunub.

Tədqiqatçılar bu nəticələrin gələcəkdə demansla bağlı yeni müalicə üsullarına yol aça biləcəyini vurğulayıblar.

SON XƏBƏRLƏR

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

BÜTÜN XƏBƏRLƏR