Yeni Klinikadan qayğıya ehtiyacı olan uşaqlara BÖYÜK DƏSTƏK!

Yeni Klinika rəhbərliyi və tibbi heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyilə Şəki şəhər 6 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərini ziyarət ediblər.  

Gazette.az xəbər verir ki, səfər çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüş baş tutub. Görüş zamanı Elxan Usubov qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət, eləcə də bu cür sosial təşəbbüslərə verdiyi dəstəyə görə Yeni Klinikaya təşəkkür edib.

Barat Yusubov klinikanın fəaliyyəti haqqında məlumat verərək Şəki Şəhər İcra Hakimiyyəti ilə gələcəkdə də sosial və humanitar istiqamətli layihələrin həyata keçirilməsində əməkdaşlığa hazır olduğunu bildirib.

“Balaca qəlblərlə böyük görüş” adlı sosial layihə çərçivəsində təşkil olunan səfərin məqsədi uşaqlara mənəvi dəstək göstərmək, onların sağlamlıq vəziyyətinə diqqət yetirmək və cəmiyyətin diqqətini qayğıya ehtiyacı olan uşaqların problemlərinə yönəltmək olub.  

Ziyarət zamanı uşaq evinin sakinləri Yeni Klinikanın həkim-pediatrları tərəfindən müayinə olunub, onlarla səmimi söhbətlər aparılıb, müxtəlif hədiyyələr təqdim edilib. 

Klinikanın direktoru Barat Yusubov uşaq evinin direktor müavini İlhamə Məmmədova ilə görüşərək müəssisədə yaradılmış şəraitlə tanış olub, burada yaşayan uşaqların sağlamlıq vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb. Direktor bu cür sosial təşəbbüslərin Yeni Klinikanın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olduğunu xüsusi qeyd edib.

Ziyarət zamanı iştirakçılar həmçinin qədim Şəkinin zəngin tarixi irsi, memarlıq ənənələri və turizm potensialı ilə yaxından tanış olublar.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR