Sentyabr ayında 91 zəhərlənmə - 3 nəfər öldü

2025-ci ilin sentyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər (81 nəfər ağır vəziyyətdə olmaqla) zəhərlənmə səbəbilə qəbul olunub.

Bu barədə Gazette.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. 

Bildirilib ki, onlardan 35 nəfəri dərman preparatlarından, 27 nəfəri sirkə turşusundan, 2 nəfəri spirtli içkilərdən, 8 nəfəri ilan sancmasından, 7 nəfəri allergik reaksiyadan, 2 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri həlledici maddədən, 6 nəfəri fosfor üzvi birləşmələrdən, 2 nəfəri anafilaktik şokdan, 1 nəfəri isə inhalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub. 

Pasiyentlərin hər birinə tibb personalı tərəfindən intensiv müalicə tədbirləri tətbiq edilib. 

Qurumdan verilən məlumata görə, düzgün müalicə taktikaları nəticəsində 88 nəfər sağalaraq, qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə yazılıb. 

Bununla belə, aparılan intensiv tədbirlərə baxmayaraq, təəssüf ki, 3 nəfərin (2 kişi, 1 qadın olmaqla) həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbi sirkə turşusu və dərman preparatları ilə ağır zəhərlənmə olub.

Əhalini məişətdə təhlükəli kimyəvi maddələrdən istifadə zamanı diqqətli olmağa, dərman preparatlarını yalnız həkim göstərişi ilə qəbul etməyə və xüsusən də sirkə turşusundan istifadə edərkən ehtiyatlı davranmağa çağırırıq.

SON XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

BÜTÜN XƏBƏRLƏR