Tədqiqat: Gəzinti zamanı eşitmə qabiliyyəti güclənir

Hərəkət zamanı insan beyninin müəyyən istiqamətlərdən gələn səsləri avtomatik olaraq daha güclü qavradığı aşkar edilib, sanki diqqət eynilə heyvanların qulaqlarını tərpətməsi kimi “çevrilir”. Almaniyanın Vyurtsburq Universitetinin alimləri Bu nəticəyə gəliblər.

Tədqiqatın nəticələri “The Journal of Neuroscience” (JNeurosci) jurnalında dərc olunub.

Araşdırmada mobil elektroensefaloqrafiyadan (EEQ) istifadə olunub ki, bu da hərəkət zamanı beynin aktivliyini ölçməyə imkan verib. Simsiz EEQ və hərəkət sensorları ilə təchiz olunmuş könüllülər “səkkiz” formasında marşrut boyu hərəkət edərək qulaqcıqların vasitəsilə səsləri dinləyiblər. Nəticələr göstərib ki, gəzinti zamanı beyin audiosiqnalların emalını gücləndirir, xüsusilə də insan dönərkən diqqət yeni istiqamətə yönəlir.

Alimlər bildirirlər ki, insanlar təxminən 25 milyon il əvvəl qulaqlarını tərpətmək qabiliyyətini itirsələr də, insan beyni bu funksiyanı kompensasiya etməyi bacarır. Belə bir “daxili qulaq dönüşü” dəyişən mühitdə reaksiyanı sürətləndirən təhlükəsizliklə bağlı təkamül mexanizmi ola bilər.

Tədqiqat həmçinin təsdiqləyir ki, hərəkət yalnız bədənə deyil, beyinin fəaliyyətinə də təsir göstərir. Əldə olunan nəticələr görmə pozğunluğu olan insanlar üçün yeni naviqasiya sistemlərinin və hərəkət istiqamətinə uyğunlaşa bilən daha “ağıllı” eşitmə cihazlarının hazırlanmasına əsas ola bilər.

“Bu nəticələr həmçinin izah edir ki, niyə açıq havada gəzinti beyinə idman zallarındakı məşqlərdən daha çox fayda verir, belə ki, hərəkət qavrayışı dəyişir və beyin fərqli işləyir”, – deyə alimlər yekunda qeyd ediblər.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR