Qazlı içkidən uzaqlaşanda bədəninizdə baş verən 10 möcüzə

Şirin qazlı içkilər insanlarda tütün, alkoqol və hətta narkotik kimi asılılıq yaradır. İlk baxışda xoş təsir bağışlasa da, onların uzunmüddətli nəticələri orqanizm üçün dağıdıcıdır.

Gazette.az Medical Daily-ə istinadən xəbər verir ki, qazlı içkilərdən imtina etməklə sağlamlığınızda aşağıdakı 10 mühüm müsbət dəyişiklik əldə edə bilərsiniz.

1. Ürək

Qazlı içkidən uzaqlaşdığınız andan ürəyiniz daha yaxşı işləməyə başlayır. Qan təzyiqi normallaşır, ürəyə düşən yük azalır. Tədqiqatlar göstərir ki, gündəlik çoxlu qazlı içki içənlərdə infarkt riski 20% daha yüksəkdir.

2. Beyin

Qısa müddətlik enerji və diqqət toplama təsiri yaratsa da, qazlı içkilər beyin fəaliyyətinə mənfi təsir edir. Şəkərin çoxluğu yaddaşı zəiflədir, öyrənmə prosesini çətinləşdirir, uzunmüddətli dövrdə isə demans və Alzheimer riskini artırır.

3. Dişlər

Qazlı içkilər diş minasını sürətlə zədələyir. Onlardan uzaq durmaqla həm ağız sağlamlığınızı qoruyur, həm də daha ağ və sağlam dişlərə sahib ola bilərsiniz.

4. Sidik kisəsi

Qazlı içkilər sidikqovucu təsir göstərir və sidik kisəsini qıcıqlandırır. Bu isə sidik yolları infeksiyalarını ağırlaşdıra bilər. Əvəzində su və təbii meyvə şirələri içmək sidik kisəsinin sağlam qalmasına kömək edir.

5. Sümük sağlamlığı

Qazlı içkilər sümükdən kalsium itkisinə səbəb olur. Onlardan imtina etməklə osteoporoz riskini azalda, süd və digər kalsiumlu içkilərlə isə sümük sağlamlığınızı gücləndirə bilərsiniz.

6. Böyrəklər

Qazlı içkilərin tərkibindəki maddələr böyrək funksiyasını zəiflədir və böyrək çatışmazlığı riskini artırır. Onlardan imtina böyrəklərinizi qoruyur.

7. Reproduktiv orqanlar

Bəzi qazlı içkilərin tərkibində kanserogen sayılan bisfenol A maddəsi var. Bu maddə erkən yetkinlik, hormonal pozğunluq və hətta sonsuzluq riski ilə əlaqələndirilir.

8. Çəki

Qazlı içkilər pəhrizdə ən çox boş kalori mənbəyidir. Məsələn, hər gün böyük ölçülü Coca-Cola içməkdən imtina etsəniz, ildə təxminən 200 min kalori az qəbul edərsiniz ki, bu da orta hesabla 27 kq arıqlamağa bərabərdir.

Qeyd edək ki, qazlı içkilərdən imtina etməklə siz ürəkdən böyrəklərə, sümükdən beyinə qədər bütün orqanlarınızı qorumuş olursunuz. Ən yaxşı alternativ isə sadə su və təbii içkilərdir.

E-saglam.az

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR