Yeni Klinikada beynəlxalq təcrübənin tətbiqi istiqamətində işlər davam edir

TƏBİB və Yeni Klinika ilə Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələri olan “Falk Beratung” və “Sana Hospital Group” arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Yeni Klinikada növbəti görüş keçirilib. 

Görüşdə Yeni Klinikanın iqtisadi işlər üzrə direktor müavini Ravil Tağıyev, direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, “Sana Hospital Group”un nümayəndə heyəti - Sven Heininger, Dr. Susanne Eberl, Dr. Tina Kuttner, Dr. Beate Wagner, Benjamin Kuhn, eyni zamanda tibb müəssisəsinin tibb və qeyri-tibb heyəti iştirak ediblər. 

TƏBİB Akademiyasında baş tutan görüş zamanı tərəflər arasında keyfiyyət menecmentinin təkmilləşdirilməsi, idarəetmə proseslərinin gücləndirilməsi, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Üç gün davam edən işgüzar görüş çərçivəsində tibbi şöbələrdən Doğum və Urologiya, inzibati şöbələrdən isə İnsan resursları və Biomedikal şöbələrində xidmət keyfiyyətinin artırılması istiqamətində yeni yanaşmalar müzakirə olunub.

Müzakirələr zamanı Yeni Klinikanın Keyfiyyətə nəzarət şöbəsinin müdiri Anar Məhərrəmov xəstəxanada tətbiq olunan keyfiyyət standartları, klinik protokolların beynəlxalq tələblərə uyğunlaşdırılması, şöbələr üzrə keyfiyyətin idarə olunması prosedurları və pasiyent təhlükəsizliyi istiqamətində görülən işlər barədə məlumat verib.

Beynəlxalq təcrübənin tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və pasiyent məmnuniyyətinin artırılması məqsədilə baş tutan görüşün sonunda Ravil Tağıyev artıq 15-ə yaxın sənədin icra olunduğunu ümumilikdə isə 43 sənədin yerinə yetirildiyini və qarşıdakı dövrdə bu istiqamətdə nəzərdə tutulan tapşırıqların həyata keçiriləcəyini vurğulayıb.

Nəzərdə tutulan digər öhdəliklərin növbəti görüşədək tamamlanacağını bildirən TƏBİB Akademiyasının Tədqiqatlar və layihələr bölməsinin müdiri Aygün Qocayeva, görüşün oktyabr ayının sonunda baş tutacağını qeyd edib. 
Qeyd edək ki, imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində mütəmadi olaraq Yeni Klinika və “Sana Hospital Group” arasında görüşlər, təlim və seminarlar həyata keçirilir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR