Yeni Klinika “İnklüzivliyin Sirri 4” Forumuna ev sahibliyi etdi

“Inclusıve Organızatıon Company”, “Bayraqdar” və “Sara Xatun Mədəni Maarifçilik” İctimai Birliklərinin, həmçinin “Ümidlə Gəl” xeyriyyə layihəsinin təşəbbüsü ilə Yeni Klinikada “İnklüzivliyin Sirri 4” Forumu baş tutub. 

Gazette.az xəbər verir ki, Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, "İDDO" Psixi Sağlamlıq Proqramı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, "Azərbaycan Uşaqları" İctimai Birliyi, "Samra Center" Uşaq İnkişaf Mərkəzi, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və Yeni Klinikanın rəsmi tərəfdaşlığı ilə baş tutan forum "Konstitusiya və Suverenlik ili" çərçivəsində nitq məhdudiyyətli şəxslərə və inklüziv təhsilə həsr olunub. 

 

Nitq məhdudiyyətli şəxslərin təhsil sisteminə inklüziv inteqrasiyasının əsaslarını müzakirə etmək, qabaqcıl beynəlxalq təcrübələri, klinik və pedaqoji yanaşmaları paylaşmaq məqsədilə təşkil edən forumda 3 panel üzrə - İnklüzivliyin Sirri, İnklüziv təhsil, Nitq Məhdudiyyətli Şəxslər mövzularında müzakirələr aparılıb. 

“İnklüzivliyin Sirri” panelinin açılış mərasimində Yeni Klinikanın direktoru Barat Yusubov və millət vəkili Məzahir Əfəndiyev çıxış ediblər. 

 

Barat Yusubov ölkəmizdə inklüziv təhsilin təşviqi üçün dövlət tərəfindən mühüm addımların atıldığını bildirib. O, hazırda ölkə üzrə 67 ümumtəhsil müəssisəsində inklüziv təhsilin tətbiq olunduğunu, onlardan 41-nin Bakı-Abşeron ərazisində fəaliyyət göstərdiyini qeyd edərək, bu prosesin bölgələrdə də genişləndirilməsinin vacibliyini vurğulayıb.

Millət vəkili Məzahir Əfəndiyev çıxışında qeyd edib ki, inklüzivlik istiqamətində dövlətin dəstəyi, cəmiyyətin təşəbbüsü və mütəxəssislərin əzmi birləşəndə böyük nəticələr əldə etmək mümkündür.

 

Müzakirələr zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, “İDDO Psixi Sağlamlıq” Proqramının rəhbəri Jalə Əhmədova, millət vəkili Vüqar İskəndərov, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə və “Hazel” şirkətinin rəhbəri, biznes konsultant Sakit Səmədov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb və auditoriyanın suallarını cavablandırıblar. 

 

“İnklüziv Təhsil” panelinin açılışında millət vəkili Ceyhun Məmmədov “İnklüziv təhsil və onun perspektivləri” mövzusunda çıxış edib. Panel müzakirələrində “Samra Center” Uşaq İnkişaf Mərkəzinin təsisçi və rəhbəri, erqo-terapevt Bahar Bayramlı, “Sabah” Təhsil Departamentinin rəhbəri Samirə Həsənova, “Inclusive Edu Academy” və //xn--inklziv-q2a.az/ saytının rəhbəri Günay İsmayılova, pedaqoq, psixologiya üzrə beynəlxalq təlimçi Ülviyyə Hüseynli iştirak ediblər. 

 

“Nitq Məhdudiyyətli Şəxslər” panelinin açılış nitqində “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev auditoriya ilə öz fikirlərini bölüşüb və ünvanlanan sualları cavablandırıb. Paneldə “Melior Kids” Uşaq İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Fidan Mərdəliyeva, “Esminur Tədris Mərkəzi & Mini Bağça”nın rəhbəri, metodist Esmira Hüseynova, “Qüsursuz Nitq” Psixologiya Mərkəzinin rəhbəri Esmira Qafarova və “Sən 1 Sən” beyin mərkəzinin rəhbəri Fəridə Quluzadə məruzələrlə çıxış ediblər. 

İnteraktiv şəkildə keçən forumun sonunda panel spikerlərinə təşəkkürnamələr təqdim olunaraq xatirə fotosu çəkdirilib.

1

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR