
Sumqayıt Tibb Mərkəzindəmürəkkəb əməliyyat uğurla icra edilib
Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə Salyan rayonundan təxliyə edilən bir aylıq körpə üzərində rektoperineal fistul (anal dəliyin qapalı olması) səbəbi ilə fistulun ləğvi və anal transpozisiya (anal dəliyin bərpası) əməliyyatı həyata keçirilib.
Əməliyyat STM-nin uzman uşaq cərrahı Araz Hüseynov və cərrah Elnur İsgəndərov tərəfindən icra edilib və uğurla başa çatıb.
Gazette.az xəbər verir ki, son bir ildə bənzər patologiyalı 10 xəstə üzərində eyni komanda tərəfindən əməliyyat həyata keçirilib.
Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinin ən müasir tibbi avadanlıqlar ilə təchiz olunması, cərrahiyyənin bütün sahələrində təcrübəli həkimlərimiz tərəfindən mürəkkəb əməliyyatların icra olunmasını mümkün edir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





